Salah hər kəsi  TƏƏCCÜBLƏNDİRDİ:   sevimli məşqçisi Klopp deyil
20 iyul 2025 17:27 (UTC +04:00)

Salah hər kəsi TƏƏCCÜBLƏNDİRDİ: sevimli məşqçisi Klopp deyil

Məhəmməd Salah fenomenal bir mövsüm keçirib: 34 qol vurub və 23 məhsuldar ötürmə edib, “Liverpul” ilə Premyer Liqa çempionu olub. 

Lent.az xarici mediaya istinadla xəbər verir ki, indi o, yeni mövsümə hazırlaşır, amma bu yaxınlarda verdiyi müsahibədə keçmişə nəzər salıb - kiminlə oynamaq arzusunda olduğunu və kimin sevimli məşqçisi olduğunu söyləyib. 

Misirli yeni müsahibəsində blits-sorğuda iştirak edib. Birlikdə oynamaq istədiyi oyunçu haqda suala Salah belə cavab verib: "Onun zirvədə oldu\u zaman oynamadım, amma bu Hazard olardı".

Salah həmçinin Stiven Cerrard və Terri Anrinin adını çəkib - o da onları eyni komandada görmək istərdi. Lakin Salah gözlənilmədən Luçano Spallettini sevimli məşqçisi adlandırıb - baxmayaraq ki, o, Klopp və Slot ilə Premyer Liqanı qazanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 454

Oxşar yazılar