Xalq artisti Mənsum İbrahimov
06 aprel 2021 12:11 (UTC +04:00)

Xalq artisti Mənsum İbrahimov

Xalq artisti Rəmişin son arzusundan DANIŞDI -VİDEO

“Günlərlə gözünü açmayan Rəmiş gözlərini açdı, əlimi sıxdı. Arzusu Qarabağa, Ağdama getmək idi. Əsas odur ki, torpaqlarımızın qaytarıldığını bildi".

Lent.az xəbər verir ki, bunu Xalq artisti Mənsum İbrahimov Rafiq Hüseynov (Rəmiş) haqqında danışarkən bildirib.

"Azərbaycan incəsənəti üçün ağır itkidir. Rəmiş həm sənətdə, həm də həyatda sözünü deyə bilən insan idi. Heç zaman həqiqəti deməkdən çəkinmirdi. Azərbaycan xalqı da sənətkarını çox sevirdi. Mənim Ağdamda yubileyim keçiriləndə Rəmiş də gəlmişdi. İnsanlar onu böyük coşğu ilə qarşıladı. Rəmişi 20 gün əvvəl ziyarət etdim. Ondan öncə Qarabağa getmişdim. Dedim ki, sağal, səni Qarabağa aparaq. Günlərlə gözünü açmayan Rəmiş gözlərini açdı, əlimi sıxdı. Arzusu Qarabağa, Ağdama getmək idi. Əsas odur ki, torpaqlarımızın qaytarıldığını bildi".

M. İbrahimov sənətkarın xəstəliyindən də bəhs edib:

"Onda xroniki ağciyər iltihabı var idi, halı olmurdu. Son günlər isə koronavirusa yoluxub. Virus xəstəliyini şiddətləndirib. Sənətkarımızın ruhu şad olsun. Onun yeri cənnətdir".

 

Xalq artisti Mənsum İbrahimov Rafiq(Rəmiş) Hüseynov haqqında danışdı

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3876
avatar

Yalçın UĞUR

Oxşar yazılar