Kamil Şahverdiyev
02 iyun 2021 19:09 (UTC +04:00)

Kamil Şahverdiyev

“Space” TV-nin icraçı direktoru işindən ayrıldı

“Space” TV-nin icraçı direktoru vəzifəsini müvəqqəti icra edən Kamil Şahverdiyev öz ərizəsi ilə işindən ayrılıb.

Telekanaldan xəbəri APA-ya təsdiqləyiblər.

"Dostlar, 15 il çalışdığım "Space" teleradio şirkətindən ayrıldım. Mənə verilmiş bu imkana görə kanalın təsisçisinə dərin təşəkkürümü bildirirəm.

Kollektivin hər bir üzvünün əlini sıxıb onlara və yeni rəhbər Müşfiq Hətəmova bu çətin və məsuliyyətli işdə uğurlar arzu edirəm!" - deyə Kamil Şaverdiyev bildirib.

Qeyd edək ki, Kamil Şahverdiyev Rəşid Behbudov Fondunun direktorudur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3984
avatar

Oxşar yazılar