Şeyx Əbdüldən Ayaz Salayevə sərt sözlər: "Saymadığın kinonu niyə təmsil edirsən?"
31 mart 2023 18:08 (UTC +04:00)

Şeyx Əbdüldən Ayaz Salayevə sərt sözlər: "Saymadığın kinonu niyə təmsil edirsən?"

Xalq artisti Şəfiqə Məmmədovanın rəhbərlik etdiyi Azərbaycan Kinematoqrafçılar İttifaqı ilə bağlı narazılıqlar yenidən alovlanıb. 

Lent.az-a danışıb, ittifaqın fəaliyyətini tənqid edən Xalq artisti Şeyx Əbdül Məmmədov bu ittifaqın üzvü kinorejissor Ayaz Salayevi də tənqid edib.

“Hörmətli Ayaz Salayev rəsmi şəkildə deyir ki, mən Azərbaycan kinosu adlı sənət tanımıram, amma Azərbaycan Kino İttifaqın adından istifadə edib iş görür. Müxtəlif tədbirlərə, proqramlara dəvət alır, kino ittifaqı təmsil edir. Bu necə olur, tədbirlərə gedir, amma Azərbaycan kinosunu tanımır?- deyə Xalq artisti bildirib.

Onun gileyi bununla da bitməyib.

“Ayaz Salayev deyir ki, Şəfiqə xanımın kinoda alternativi yoxdur. Şəfiqə xanıma görə ittifaq bu gündədir. Niyə alternativi yoxdur, bu o qədər böyük sənətkarlara qarşı haqsızlıq deyil? Mən başa düşmürəm, sən saymadığın Azərbaycan kinosunu bəs orda - burda niyə təmsil edirsən? Bunun nə məntiqi olur?
 

# 2202
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar