Şabanın mum fiqurları  gülüş doğurdu
19 mart 2024 17:17 (UTC +04:00)

Şabanın mum fiqurları gülüş doğurdu

Yeşilçam və Türkiyə kinosunun unudulmaz adlarından biri olan mərhum aktyor Kemal Sunalın adına İstanbulun Kadıköy rayonunda Kemal Sunal Muzeyi açılıb.

Lent.az-ın Türkiyə mediasına istinadən xəbərinə görə, muzeyda məşhur aktyorun mum fiqurları qoyulub. Çəkildiyi ən məşhur filmlərdən kadrları əks etdirən bu kompozisiyalarda onun fiqurlarının yanında "Hababam sinfı"nın məşhur aktyorlarının da fiqurları qoyulub.

Muzeydə kino afişalarından tutmuş ustad sənətkarın şəxsi əşyalarına, geyindiyi geyimlərdən tutmuş xüsusi xatirələrinə qədər bir çox əşyalar sərgilənir. 

Açılışda çıxış edən İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu, hər kəsi eyni anda güldürən və düşündürən çox dəyərli bir sənətkarın muzeyini açmaqdan qürur duyduğunu söyləyib.

Çox dəyərli bir iş gördüklərini izah edən İmamoğlu, "Bu fikri ilk dəfə mənə gətirən və həyəcanla qarşılamama səbəb olan Sunay Akına təşəkkür edirəm. O, mənə "Belə bir şey var" dedi. Təbii ki, həyəcanla qarşıladım. Sonra bir araya gəldik, "Maraqlı bir şey oldu. Bu məsələlər müzakirə olundu, sonra görüşdük. Sağ olun, oraya nahara getdik, amma Gül bacı (Kemal Sunalın xanımı) bizi ancaq qəhvə ilə yola saldı" deyə zarafat edib.

Kemal Sunal danışmadan belə güldürməyi bacaran aktyor idi. Onun mum fiqurları muzeyə gələnlərə təbəssüm bəxş edib, gülüş və alqışlarla qarşılanıb.

# 2103
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar