Əfqanıstanda “Taliban” hökuməti qadınların televiziyada çıxışı ilə bağlı yeni qərarlar qəbul edib.
Lent.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, artıq qadın aktrisaların çıxış etdiyi filmlər və seriallar göstərilməyəcək.
Bundan başqa, qadın jurnalistlər və aparıcılar kamera qarşısına ancaq hicabla çıxa biləcəklər.
“Taliban” həmçinin “xarici mədəni dəyərləri” təbliğ edən xarici filmlərin nümayişinə qarşı da sərt qaydalar qəbul edib.