Xalq artisti Səfurə İbrahimova dünyasını dəyişib. Bu barədə bacısı qızı özünün social şəbəkədəki hesabında məlumat verib. Lent.az-a məlumatı uzun illər çalışdığı Akademik Milli Dram Teatrından təsdiqləyiblər.
Onu da deyək ki, 81 yaşlı aktrisa uzun illərdir depressiyadan əziyyət çəkirdi və tənha yaşayırdı.
Səfurə İbrahimova 1938-ci il dekabr ayının 27-də Bakıda doğulub.
1955-ci ildən dram dərnəyinə gedib. O, 1960-cı ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olub. Birinci kursda oxuyarkən Akademik Milli Dram Teatrının repertuarında olan İslam Səfərlinin "Ana ürəyi" dramının tamaşasında Xatirə roluna dəvət edilib. Bundan sonra daha bir neçə rol oynayan tələbə-aktrisa 1961-ci il noyabr ayının 1-də Akademik teatrın truppasına daxil olub. Aktrisa 2005-ci ildə teatrdan inciyib və gedib.
Səfurə İbrahimova “Azərbaycanfilm” kinostudiyasında 30-dan artıq filmə çəkilib. Tamaşaçıların yaddaşında isə daha çox 1967-ci ildə Bakıda keçirilən təntənəli Novruz şənliklərinin Bahar qızı kimi həkk olunub.

Novruzun ilk Baharı dünyasını dəyişdi
0
1
0
1
Oxşar yazılar

Üzeyir Hacıbəyli ilə bağlı daha bir beynəlxalq festival keçirilir
3 sentyabr 2025 , 11:55
“Emin Ağalarovun övladları zarafatlarımı əzbər bilir” - "Məhəbbət"lə MÜSAHİBƏ
2 sentyabr 2025 , 15:10
Ən yaxşı detektiv seriallar - SİYAHI
2 sentyabr 2025 , 11:01
Ayrılıq sonrası izləyə biləcəyiniz 10 film
1 sentyabr 2025 , 11:25
İztirabdan xoşbəxtliyə çəkilən dəmir yol...
30 avqust 2025 , 17:24
Sizi darıxmaqdan xilas edəcək 5 film
30 avqust 2025 , 13:43
Moskva teatrının keçmiş rəhbəri Məmmədəli Ağayev saxlanıldı - VİDEO
28 avqust 2025 , 19:04