Məşhur aktyorun  sandıqda meyiti   tapıldı
28 may 2023 17:54 (UTC +04:00)

Məşhur aktyorun sandıqda meyiti tapıldı

Tanınmış braziliyalı aktyor Cefferson Maçado yoxa çıxdıqdan 4 ay sonra ölü tapılıb. Onun cəsədi yerin altında sandıqda olub.

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, Kampu- Qrandidəki (Rio-de-Janeyro, Braziliya) evinin həyətində 44 yaşlı məşhurun cəsədi olan sandıq tapılıb. Maçadonun əlləri bağlanıb, boynuna metal məftil dolanıb. Belə bir versiya var ki, onu boğmağa cəhd ediblər.

Məlum olub ki, sənətçi bu ilin yanvarında qəfil yoxa çıxıb, meyiti isə mayın 22-də tapılıb. Yəni itkin düşəndən dörd aydan çox vaxt keçib. Cefferson ailəsinin vəkilinin sözlərinə görə, sandığın sahibi Maçadonun özü olub.

"Cefferson paxıl, pis və əlbəttə ki, vicdansız insanlar tərəfindən soyuqqanlılıqla və vəhşicəsinə öldürülüb", - ailə dostu Sintiya Hilsendeqer deyib.

Aktyorun ailəsi onun yoxa çıxmasından xəbər tutan qeyri-hökumət təşkilatının nümayəndələri onlara 44 yaşlı kişinin 8 itinin Rio-de-Janeyrodakı evində tərk edildiyini bildirdikdən sonra xəbər tutublar.

Hər itin öz izləmə cihazı var idi. İki heyvan tələf olub, qalan altı heyvan isə baytarlıq mərkəzində müalicə olunur.

Maria das Dores adlı sənətçinin anası oğlu ilə sonuncu dəfə yanvarın 29-da danışıb. O, kişinin söhbət üçün San-Pauluya getdiyini və dostunun evində qaldığını deyir.

Oğlu ona zəng etməyi dayandıranda narahat olub. Əvəzində onun nömrəsindən yalnız sms gəlməyə başlayıb.

"O, həmçinin video zəng edə bilməmək üçün cib telefonunu tualetə atdığını yazıb", - qadınvurğulayıb.

Qadın oğlunu serialda rol almağa kömək edəcəklərini vəd edən fırıldaqçılar tərəfindən öldürüldüyünə inanır. O, əlavə edib ki, cinayətkarlar oğlunun avtomobilini, evini və pulunu almaq məqsədilə qətlə yetiriblər.


 

# 3156
avatar

Oxşar yazılar