Məşhur “Fövqəltəbii” serialının ulduzu, amerikalı aktyor Mark Şeppard evində huşunu itirərək xəstəxanaya yerləşdirilib.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, Şeppardın sözlərinə görə, o, indiyənə kimi altı dəfə infarkt keçirib və ən azı dörd dəfə reanimasiyada olub. Sənətçi bu səylərinə görə, həkimlərə təşəkkür edib və onun sağ qalma şansının demək olar ki, sıfır olduğunu əlavə edib.
Şeppard aydınlaşdırıb ki, səhhətinin pisləşməsinə səbəb arteriyanın tıxanması olub. İndi o, xəstəxanadan çıxmağa hazırlaşır.