Məmməd İsmayıl palataya köçürüldü - YENİLƏNİB
13 avqust 2025 22:37 (UTC +04:00)

Məmməd İsmayıl palataya köçürüldü - YENİLƏNİB

Şair Məmməd İsmayıl palataya köçürülüb.

Lent.az xəbər verir ki, bu barədə APA-ya şairin qızı İntizar İsmayıl məlumat verib.

O bildirib ki, atası hazırda həkim nəzarəti altındadır

“Bir az əvvəl palataya köçürülüb, təzyiqi aşağıdır. İndi vəziyyəti daha yaxşıdır”, – deyə qızı qeyd edib.

***

15:40

Şair, professor Məmməd İsmayıl "Bona Dea" Hospitalının Reanimasiya şöbəsinə yerləşdirilib.

Lent.az xəbər verir ki, bu barədə APA-ya şairin qızı məlumat verib.

O bildirib ki, dörd gündür xəstəxanaya yerləşdirilən Məmməd İsmayılın vəziyyəti dünən axşam ani olaraq ağırlaşıb:

"Ara-sıra xəstəxanaya aparırdıq. Son 4 gün burada oldu. Dünən axşam isə vəziyyəti ağırlaşdı, reanimasiyaya yerləşdirdilər. Həkimlər vəziyyətin olduqca ciddi olduğu deyirlər".

Qeyd edək ki, Məmməd İsmayıl bir neçə ildir müxtəlif xəstəliklərdən əziyyət çəkir. Ötən ildən sağlamlığındakı problemlər ciddiləşib və Heydər Əliyev Fondu onun müalicəsini öz üzərinə götürüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 774

Oxşar yazılar