Konsertində terror törədilən “Piknik” qrupu haqda MARAQLI FAKTLAR
23 mart 2024 11:55 (UTC +04:00)

Konsertində terror törədilən “Piknik” qrupu haqda MARAQLI FAKTLAR

Xəbər verdiyimiz kimi, martın 22-də Moskva yaxınlığındakı Krasnoqorsk şəhərində yerləşən "Crocus City Hall" ticarət mərkəzində faciə olub.

Lent.az-ın Rusiya mediasına istinadən xəbərinə görə, maskalı şəxslər içəridə olanlara atəş açıb, yanğın törədiblər. Həmin terror aktında 82 nəfər ölüb, çoxlu sayda insan yaralanıb. 

Qeyd edək ki, hadisə “Piknik” adlı rok qrupunun konsertində baş verib. Konsertin başlamasına bir neçə dəqiqə qalmış atəş səsləri eşidilməyə başlayıb, musiqiçilər qrim otağında olduqları üçün zərər çəkməyiblər.

Bəs nə üçün məhz bu qrupun konsertində qətliam törədildi? Bunun hansısa siyasi çalarları var? Qrupun fəaliyyətinə nəzərə salsaq şübhələnməyə əsas var.

Lent.az “Piknik” qrupu barədə məlumatı təqdim edir.

"Piknik"əsası 1978-ci ildə qoyulmuş məşhur sovet və rus rok qrupudur. Qrup üzvləri peşəkar və tamhüquqlu qrupun 1981-ci ildə Edmund Şklyarskinin qrupa rəhbərlik etdiyi zaman yarandığını düşünürlər.

2016-cı ildə sənətçilər Krıma, Sevastopol şəhərinə “Xilas gəmisi” veloşousuna gedərək, jurnalistlərə sanksiyalara əhəmiyyət vermədiklərini bildiriblər. 

"Piknik qrupu mövcud olana qədər yeddi baş katib dəyişib. Biz Brejnevin dövründə başladıq. Bu onu göstərir ki, siyasət, liderlər dəyişir, amma “Piknik” qrupu qalır. Bizi heç bir sanksiya maraqlandırmır. Siyasətçilər gəlir və gedir. 20-30 il əvvəl kimin nazir olduğunu indi heç kim xatırlamır, amma “Piknik” olduğu kimi qalır və sevilir”, - qrupun vokalisti Marat Korçemni son müsahibəsində belə demişdi.

"Biz Krıma gələndə həmişə atəşfəşanlıq olur, insanlar Kanndakı kimi sahil boyunca gəzirlər. İnsanların ancaq pozitiv əhval-ruhiyyədə olmasına sevinmək olar", -  deyə qrup üzvü Putinist əlavə edib.

Krıma səfərdən 1 il sonra rokçular Ukraynanın "Sülhməramlı" mərkəzinin cinayət məlumat bazasına daxil edilib.

Şair, bəstəkar və “Piknik” qrupunun rəhbəri Edmund Şklyarski, barabançı Leonid Kirnos, eləcə də qrupun baş gitaraçısı və bek-vokalisti Marat Korçemnı Ukraynanın dövlət sərhədini qəsdən pozmaqda, Rusiyanın təcavüzünü inkar etməkdə, habelə qastrol səfərlərində rus dilini təbliğ etməkdə ittiham olunublar.

“Piknik”in solistləri Rusiya- Ukrayna müharibəsi haqqında açıq danışmadılar, heç nə olmamış kimi davranmağa üstünlük verdilər.

2022-ci ilin may ayında siyasətçi Zaxar Prilep öz Telegram kanalında qrup rəhbəri Edmundun cəbhədə hərbi texnika üçün ehtiyat hissələrin alınmasına kömək etdiyini yazıb.

Ukraynada arzuolunmaz şəxslər sayılan bu musiqiçilər fəal şəkildə Rusiyanı gəzir, festivallarda iştirak edir və ölkə büdcəsinə böyük fayda verirlər.

Qrup demək olar ki, hər il bir neçə albom buraxır. Musiqiçilər pərəstişkarlarını yeni rekordlar, köhnə, lakin sevimli musiqi kolleksiyaları ilə sevindirirlər. Uzun bir yaradıcılıq yolu keçmiş “Piknik” qrupu həm orta yaşlı insanlar, həm də gənclər tərəfindən sevilir.

Sonda bir kiçik qeydi etmək də yerinə düşər ki, rok musiqi, xüsusən ağır metal rok həm xristian, həm müsəlman aləmi şeytana xitab edən musiqi kimi dəyərləndirir. Çox vaxt metalçıları satanistlərlə qarışıq salırlar.

"Al-Arabia" kanalı öncə terror aktına görə məsuliyyəti İŞİD-in öz üzərinə götürdüyünü yazsa da, məlumat təsdiqini tapmadı. Rok qrupun konserti zamanı baş verən terror aktının bu ərəb kanalı tərəfindən İŞİD-lə əlaqələndirilməsində satanistlərlə əlaqə faktoru da rol oynaya bilər.

# 5061
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar