İkinci “Mona Liza” mübahisələrə səbəb oldu
09 dekabr 2023 05:11 (UTC +04:00)

İkinci “Mona Liza” mübahisələrə səbəb oldu

İtaliyanın Turin şəhərindəki “Promotrice delle Belle Arti” qalereyasında təşkil olunan “Birinci Mona Liza” sərgisi çərçivəsində Leonardo da Vinçinin çəkdiyi “Mona Liza”nın daha əvvəlki versiyası kimi təqdim edilən “Mona Liza Aylvorta” əsəri nümayişə çıxarılıb.

Lent.az xəbər verir ki, əsərin müəllifinin məhz Leonardo da Vinçi olduğunu iddia edən İsveçrədəki “Mona Liza” Fondunun baş katibi Coel Feldman bu əsəri onun şəxsi sahiblərinin adından sərgiyə gələnlərə tanıdır.

“Biz heç bir şübhə yeri qalmadan, Leonardonun əslində iki “Mona Liza” əsəri yaratdığını və bu tablonun məhz həmin ikinci əsər olduğunu sübuta yetirdik”, – deyə C.Feldman Londonun “Time” nəşrinə açıqlamasında bildirib. – “Bu sərgi bizə əsərin müəllifliyinin həqiqətən Leonardo da Vinçiyə aid olduğunu sübuta yetirmək üçün son illər ərzində əldə etdiyimiz əhəmiyyətli nailiyyətləri nümayiş etdirmək imkanı yaradır”.

Lakin bu “nailiyyətlər” heç də hər kəsi qane etməyib. İtaliyanın mədəniyyət nazirinin müavini Vittorio Zqarbi əsərdə Leonardonun “ruhunun” duyulmadığını və kimlərinsə onun həqiqiliyinə inanmasını heç cür başa düşə bilmədiyini deyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5081

Oxşar yazılar

Sizi  darıxmağa   qoymayacaq  5 film   -VİDEO

Sizi darıxmağa qoymayacaq 5 film -VİDEO

15 iyul 2025 , 16:19
Qadın hiyləsi  haqqında 10 sitat

Qadın hiyləsi haqqında 10 sitat

14 iyul 2025 , 18:35
Nəfəs kəsən  12 film   - mütləq izləyin -VİDEO

Nəfəs kəsən 12 film - mütləq izləyin -VİDEO

14 iyul 2025 , 17:51
Xoşbəxt sonluqla bitməyən  5 SEVGİ FİLMİ -  VİDEO

Xoşbəxt sonluqla bitməyən 5 SEVGİ FİLMİ - VİDEO

14 iyul 2025 , 14:49
Professor Rəhman Bədəlov  vəfat etdi

Professor Rəhman Bədəlov vəfat etdi

9 iyul 2025 , 22:34
Baku TV-nin istehsal etdiyi “Söz” filminin təqdimatı keçirildi

Baku TV-nin istehsal etdiyi “Söz” filminin təqdimatı keçirildi

9 iyul 2025 , 19:38
Elman Rəfiyev

Azərbaycanda teatr direktoru istefa verdi

9 iyul 2025 , 12:32
Azərbaycan-İsrail kinematoqrafçılarının birgə filmi təqdim olundu - FOTO

Azərbaycan-İsrail kinematoqrafçılarının birgə filmi təqdim olundu - FOTO

9 iyul 2025 , 12:21