Hollivudun ən məşhur cütlüklərindən biri – Tim Börtön və Monika Belluççi ayrıldıqlarını açıqlayıblar.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, onların sevgi romanı 2 il davam edib.
Cütlük münasibətləri bir-birinə tam hörmətlə bitirib. Lakin başqa detalları açıqlamaqdan imtina ediblər.
“Monika Belluççi və Tim Börtön böyük hörmət və dərin qayğı ilə yollarını ayırmağa qərar verdilər”, – onlar bildiriblər.
Tim Börtön və Monika Belluççinin münasibətləri
Börtön və Belluççinin romansı haqqında ilk dəfə 2023-cü ildə, onların münasibətlərini rəsmi şəkildə təsdiqlədikləri zaman məlum olub. Məhz həmin vaxt kult rejissor aktrisaya 1988-ci ildə ilk dəfə ekranlara çıxan “Bitldjus” filminin davamında rol təklif edib. Monika orada qisas almağa çalışan pis ruh – Dolores obrazını canlandırıb.
Tim Börtönlə münasibətlərdən əvvəl Monika Belluççi 14 il fransız aktyor Vensan Kassellə evli olub və onların iki övladı böyüyüb.
67 yaşlı Börtön isə 2014-cü ilə qədər britaniyalı aktrisa Helena Bonem Kartrlə uzunmüddətli münasibətdə olub. Onların da iki uşağı var.