Gülüş gününün insanları aldatmaqla nə əlaqəsi var? -  Maraqlı faktlar
31 mart 2023 14:40 (UTC +04:00)

Gülüş gününün insanları aldatmaqla nə əlaqəsi var? - Maraqlı faktlar

Dünya əhalisinin 70 faizi 1708-ci ildən bəri aprelin 1-ni “Gülüş günü” kimi qeyd edir.

Bəs niyə məhz aprelin 1-də və niyə məhz gülüş, zarafat günü?

Lent.az üzümüzü güldürən bu günün yaranma tarixi barədə məlumatı təqdim edir.

Əslində “Gülüş günü”nün tarixi 1700-cü illərdən də irəli gedir, lakin o barədə olan məlumatlar sadəcə miflər və ehtimallara söykənir.

Bəzi ehtimallara görə, Gülüş günü ənənəsi 1564-cü ildə Fransada yaranıb. Fransa Kralı IX Çarlz, il başlanğıcının yanvar ayının birinci günü olması barədə qərar verdi. Bundan əvvəl Fransada yeni ili 1 apreldə qeyd edirdilər. O zamankı rabitə şərtlərində IX Çarlzın bu qərarı ölkədə çox da yayılmadı. Məsələdən xəbərdar olanlar isə protest məqsədi ilə köhnə adətlərinə davam etdilər. 1 apreldə şənliklər keçirtdilər. Digərləri isə onları “aprel axmaqları” kimi qəbul etdilər. 1 aprelə “Bütün axmaqların günü” adını verdilər.

Qədim Romada 17 fevralda “Avamlar bayramı”, Hindistanda martın 31-də “Gülüş bayramı” keçirilirdi.

1 apreldə insanlar bir-birlərini aldatmağa çalışırlar. Bəs yalanın, aldatmağın gülüşlə nə əlaqəsi var? Yox, bu sadəcə zarafat deyil.

Məsələnin arxasında orta əsrlərdə  müsəlman və xristian dünyası arasında baş vermiş bir qanlı savaşın tarixçəsi də gizlənir.

XV əsrin sonlarında xristian ordusu Əndəlüs müsəlmanlarının son qalasını mühasirəyə alır. Uzun sürən savaşda müsəlmanlar qəhrəmancasına döyüşürlər. Xristian ordusunun komandanı hiyləyə əl atır. 31 mart gecəsi bir əlində Quran, digər əlində İncil qalanın önünə gələrək “bu iki kitaba and içirəm ki, təslim olsanız, bu axşam sizə heç bir şey etməyəcəyəm”, - deyir.

Müsəlmanlar qalanı xristianlara təslim edirlər. Səhəri gün, yəni aprelin 1-i xristian komandan bütün müsəlmanların öldürülməsi haqda əmr verir. Müsəlmanlara “mən dünən axşam üçün söz vermişdim, bu gün üçün deyil”, - deyir və hamını edam etdirir. O gündən sonra 1 aprel  xristianlar arasında “Hiylə”, “Yalan” günü kimi yadda qalır.

Güləkmi, gülməyəkmi, aldanaqmı, aldadaqmı, buna artıq siz qərar verin.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2429

Oxşar yazılar