"Biz həmişə Halil Kahramanla çiyin-çiyinə işləmişik. Onunla 44 gün boyunca Azərbaycanda çox ağır hadisələrə şahidlik etdik" .
APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında türkiyəli jurnalist Fulya Öztürk deyib.
O bildirib ki, belə bir filmin çəkilməsi Qarabağ müharibəsinin tarixinin işıqlandırılması baxımından olduqca əhəmiyyətlidir: "Açığı, filmə mənim adımın verilməsinə əvvəl razı olmadım. Lakin Qarabağ savaşında gözümün önündə yaşananları gördükcə peşə həyatımda ilk dəfə əsəb keçirdim. Ermənistanın Bərdədə, Gəncədə törətdikləri gözümün qabağında baş verdi. Normalda soyuqqanlıyam, lakin Azərbaycanda baş verənlərə soyuqqanlı qala bilmədim. Gəncədə dağıntıların altından insan cəsədlərinin çıxarılmasını öz gözlərimlə gördüm. Dolayısı ilə bu filmi də Ermənistanın uşaq qatili olmasının sübutu kimi bütün dünyanın görməsini istəyirəm. Biz Bərdə, Gəncə hadisələrinin çəkilişlərindən otelə qayıtdıqda Avropa, Amerika kanallarına baxırdıq, onların heç biri bu faciədən danışmırdılar. Biz də deyirdik ki, əgər dünya bu faciəni göstərmirsə, o zaman biz göstəcəyik".
Türkiyəli jurnalist filmdə 44 günlük Vətən müharibəsində yaşadıqlarını danışdığını vurğulayıb: "Müharibə zamanı faciələri görməklə yanaşı, şükür ki, Zəfəri də yaşadıq. Ermənistan bir uşaq qatilidir, bunu bütünü dünya bilməlidir. Bu film də bunun sübutudur. Amma Zəfər günü ilə bütün dünya gördü ki, Azərbaycan öz haqlı qələbəsini qazandı. Və filmdə də yaşadığım hissləri anlatmağa çalışmışıq. Lakin bir məsələni də vurğulamaq istəyirəm ki, əsas qəhrəmanlar biz deyilik, əsas qəhrəmanlar bu Zəfəri bizə yaşadan, əsgərlər, şəhidlər, onların ailələridir. Nə mutlu ki, Qarabağ Azərbaycandır".

Fulya Öztürk, türkiyəli jurnalist
Fulya Öztürk filmindən danışdı-FOTO
Oxşar yazılar

Türkiyədə yaşayan azərbaycanlı rəssam vəfat etdi
1 iyul 2025 , 17:27
İzləməli olduğunuz 5 yeni film - sizi ekrana bağlayacaq
30 iyun 2025 , 12:00
Rusiyanın Azərbaycanda keçiriləcək mədəniyyət tədbirləri ləğv edildi
29 iyun 2025 , 12:11
Hitler və nasizmdən bəhs edən roman Almaniyada bestseller oldu
27 iyun 2025 , 16:55
"Nənələr" folklor qrupunun 89 yaşlı üzvü vəfat etdi
27 iyun 2025 , 14:36
Sizi darıxmağa qoymayacaq 5 film -VİDEO
27 iyun 2025 , 14:34
"Azdrama"da "Baş" tamaşasına ictimai baxış oldu
24 iyun 2025 , 19:23