Fəxri adı ləkələyən XƏTA  - Ağadadaş Ağayevi nə gözləyir?
24 iyul 2024 13:03 (UTC +04:00)

Fəxri adı ləkələyən XƏTA - Ağadadaş Ağayevi nə gözləyir?

Fəxri ad nə zaman geri alına bilər?

Dünəndən Xalq artisti Ağadadaş Ağayevin Xalq artisti adına yaraşmayan aqressiv hərəkəti və bunun nəticəsində döyülməsi məsələsi gündəmi zəbt edib. İndisə Lent.az hazırda bir çoxlarında yaranan bir sualı araşdırır. Bəs görəsən yaşanmış insidentdən sonra Xalq artistinə statusu ilə bağlı hansısa xəbərdarlıq ediləcək və ya fəxri adının geri alınması məsələsi gündəmə gələcək? 

Qanun şahdır, şah qanun deyil. Kimliyindən asılı olmayaraq, hər kəs qanun qarşısında cavab verməlidir. Dünya dərəbəylik deyil. Azərbaycanda fəxri adı əlindən alınmış bir insan var. Yazıçı Əkrəm Əylisli “Daş yuxular “ romanından sonra cəmiyyətin sərt tənqidləri ilə üzləşdi və ona verilən bütün fəxri adlar, mükafatlar geri alındı. 
Azərbaycanda fəxri ad Milli Məclisin və Nazirlər Kabinetinin təklifi ilə Prezident tərəfindən verilir. Əsasnaməyə görə, fəxri adlar eyni adasma təkrar verilmir, o dövlətə xəyanət edərsə adından məhrum ola bilər. Bundan başqa, fəxri ad almış şəxs ağır və ya xüsusilə ağır cinayət törətməyə görə məhkum olunduqda, fəxri adı ləkələyən xəta törətdikdə statusundan məhrum edilə bilər.

Ağadadaş Ağayevin əməlində cinayət tərkibinin olub-olmamasına məhkəmə qərar verəcək. Əlbəttə ki, ədalət prizmasından. Ədalət isə Xalq artisti ilə, sıravi vətəndaş arasında fərq qoymur, qoymamalıdır.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7236
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar