Erotik filmlərdən böyük kinoya gələn  ULDUZLAR
11 oktyabr 2024 19:33 (UTC +04:00)

Erotik filmlərdən böyük kinoya gələn ULDUZLAR

Bir çox Hollivud ulduzu yaradıcılıq karyeralarına erotik filmlərlə başlayıblar. Şübhəsiz ki, indi onlar bunu unutmaq istəyirlər, amma  internet unutmur. 

Lent.az bəzi Hollivud ulduzlarının çılpaq həqiqətlərindən bəhs edir.

Karmen Elektra (əsl adı Tara Li Patrik) 1997-ci ildə Pamela Anderson ilə birlikdə Hollivudun ən seksual qadını kimi tanınıb.

Fransanın “Min bir gecə” filmində baş rolu oynayan gənc və cazibədar Ketrin  Zeta Cons bu filmlə uğur qazanaraq böyük kinoya gəlib.


 
Penelopa Kruz erotik səhnələrdə oynamağı sevmir. Lakin rolu itirmək qorxusu ilə Penelopa ilk filmində açıq-saçıq rola razılıq verib. Filmdəki tərəfdaşı isə gələcək həyat yoldaşı Xavyer Bardem idi.

Yeri gəlmişkən, 17  yaşlı qızı çılpaq davranmağa sövq edən də o idi...

İndi çoxuşaqlı ana olan Ancelina Colinin son dərəcə təlatümlü bir gəncliyi var idi. İllər ərzində “Oskar” mükafatı laureatı, BMT-nin xoşməramlı səfiri Ancelina Coli demək olar ki, hər filmdə soyunur. Lakin indi o çılpaq səhnələri üçün 15 milyon dollar tələb edir.

İlk filmi olan "Vadidə iki gün" filmində Şarliz Teron əla bədən quruluşunu nümayiş etdirir və böyük qapılar üzünə açılır. Hollivud ulduzu heç vaxt açıq-saçıq çəkilişlərdə iştirak etmək təkliflərindən imtina etməyib: çılpaq aktrisanı “Şeytanın vəkili” və “Şidr evinin qaydaları” filmlərində görmək olar. Həmin vaxt Teron artıq Hollivud ulduzu statusuna malik idi.

Erotik filmə çəkilməklə gənc qız Demetria Gaines əsl uğura imza atıb. Qısa müddətdə o, gələcək Hollivud ulduzu Demi Mura çevrildi. Gələcək ulduz pornoqrafik filmlərdə rol alıb. O, 10 min dollarlıq ilk qazancını plastik cərrahın xidmətlərinə xərcləyib.

Gələcək pop kraliça Madonna ilk çılpaq fotosessiyasına görə cəmi on dollar almışdı. Porno  ulduza çevrilən Madonna Hollivudu fəth etməyi qarşısına məqsəd qoyur və saysız hesabsız erotik filmlərdə çəkilir.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5439
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar