Dünyanın ən sərt, ən qəribə  və  ən bahalı yeməyi
30 mart 2023 16:19 (UTC +04:00)

Dünyanın ən sərt, ən qəribə və ən bahalı yeməyi

Mətbəx özü ayrılıqda bir mədəniyyətdir. Japoniya mətbəxi bizləri öz qəribə nümunələri ilə heyrətləndirə bilər.

Dünyanın ən qəribə yeməklərindən biri katsyo buşidir. İlk baxışda yeməkdən çox daşa bənzəyir. Katsyo buşi “Ginnesin Rekordlar Kitabı”nda dünyanın ən sərt yeməyi olaraq yer alıb. Onu bişirmək üçün ən sərt bıçaqları olan rəndə ilə rəndələyib, kiçik və incə  hissəciklərindən istifadə edirlər. Onu şorbalara tökür, təzə bişmiş düyü və soya sousu ilə servis edirlər. 

Bəs o necə hazırlanır?

Lent.az  balıqdan hazırlanan bu maraqlı yemək barədə məlumatı təqdim edir.

Yapon mətbəxinin 350 ildir sirr kimi saxladığı katsyo buşi skumbriya balığından hazırlanır. Balıq öncə möhkəm dondurulur. Donu isti suda açıldıqdan sonra balığın qılçığı tamamilə təmizlənir və o bir saat ərzində 80 dərəcəlik suyun içərisində vam odda bişirilir. Sonra balıq xüsusi ağac növlərindən  hazırlanmış odunların tüstüsünə verilir. Məhz hansı ağacların tüstüsündən istifadə olunmasını yaponlar sirr kimi saxlayırlar. Daha sonra tüstüyə verilmiş tamamilə balıq xüsusi göbələklər vasitəsilə 2 həftə ərzində kiflədilir. Balıq o qədər su itirir ki, əvvəlki çəkisinin 20 faizi qalır. Bütün bu proses 3 aya qədər zaman alır. Hazır katsyo busi daş kimi bərk olur, onların hazır olub olmadığını bir-birlərinə vuraraq yoxlayırlar. Hazır məhsul daş taqqıltısı səsi verməlidir. Daş kimi balığın bir kilosu 150 dollara satışa çıxarılır.

Onu doğramaq çox zəhmətlidir, buna görə marketlərdə “Bonito” adı altında rəndələnmiş əti satışa çıxarılır. Bonitodan əsasən miso şorbasının hazırlanmasında istifadə olunur.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2762

Oxşar yazılar

Sizi  darıxmağa   qoymayacaq  5 film   -VİDEO

Sizi darıxmağa qoymayacaq 5 film -VİDEO

15 iyul 2025 , 16:19
Qadın hiyləsi  haqqında 10 sitat

Qadın hiyləsi haqqında 10 sitat

14 iyul 2025 , 18:35
Nəfəs kəsən  12 film   - mütləq izləyin -VİDEO

Nəfəs kəsən 12 film - mütləq izləyin -VİDEO

14 iyul 2025 , 17:51
Xoşbəxt sonluqla bitməyən  5 SEVGİ FİLMİ -  VİDEO

Xoşbəxt sonluqla bitməyən 5 SEVGİ FİLMİ - VİDEO

14 iyul 2025 , 14:49
Professor Rəhman Bədəlov  vəfat etdi

Professor Rəhman Bədəlov vəfat etdi

9 iyul 2025 , 22:34
Baku TV-nin istehsal etdiyi “Söz” filminin təqdimatı keçirildi

Baku TV-nin istehsal etdiyi “Söz” filminin təqdimatı keçirildi

9 iyul 2025 , 19:38
Elman Rəfiyev

Azərbaycanda teatr direktoru istefa verdi

9 iyul 2025 , 12:32
Azərbaycan-İsrail kinematoqrafçılarının birgə filmi təqdim olundu - FOTO

Azərbaycan-İsrail kinematoqrafçılarının birgə filmi təqdim olundu - FOTO

9 iyul 2025 , 12:21