Dünyanın ən məşhur filmi Türkiyədə  narazılıq yaratdı    – Maraqlı  SƏBƏB
17 aprel 2024 13:26 (UTC +04:00)

Dünyanın ən məşhur filmi Türkiyədə narazılıq yaratdı – Maraqlı SƏBƏB

Hazırda “Netflix” platformasında ən çox izlənilən “3 cisim” çoxseriyalı filmi dünyanı silkələməkdədir. 

Lent.az-ın  xəbərinə görə, film Türkiyədə böyük narazılıqla qarşılanıb. Bunun da səbəbi var

Filmin ssenarisinə əsasən, Yer kürəsindən kainatın dərinliyinə bir mesaj göndərilir. Gözlənilmədən bu mesaja cavab gəlir. Yer kürəsindən 400 illik məsafədə olan çox inkişaf etmiş bir planetin sakinləri Yeri istila etməyə gəldiklərini bildirilər.

Yerdə insan qalmayacaq və gələcək nəsillərin həyatını xilas etmək üçün BMT 3 nəfər nümayəndə seçir. Bunlardan biri çinli astrofizik, digəri britaniyalı alim, üçüncüsü isə türkiyəli qadındır və PKK  terror qrupunun döyüşçüsüdür.

Türkiyəni filmdə narahat edən də məhz bu məqamdır. Ölkənin adı alimlə, qəhrəman döyüşçülərlə yox, terrorçu ilə anılıb.

Türkiyə  Mədəniyyət Nazirliyi filmin istehsalçısı Hollivuda ssenari ilə bağlı etiraz məktubu göndərsə də, hələlik cavab alınmayıb.

# 3087
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar