Henri Millerin “Yuxusuzluq” əsəri
23 dekabr 2020 09:42 (UTC +04:00)

Henri Millerin “Yuxusuzluq” əsəri

Dünyaca məşhur 5 QISA ƏSƏR

Qısa həcmli kitabların özünəməxsus xüsusiyyətləri var. Araşdırmalar göstərir ki, bu cür kitabların oxucuları daha çoxdur. Terapiya məqsədi ilə istifadə olunan bu kitablarda hadisələr mürəkkəb deyil və çox vaxt gözəl bir mühitdə davam edir.

Lent.az dünyaca məşhur 5 qısa əsəri təqdim edir:

“Qoca və dəniz”

Ernest Heminqueyinin müəllifi oldu və 127 səhifədən ibarət olan “Qoca və dəniz” povesti məşhur qısa kitablardan biridir. Əsər Santiaqo adlı Kubanın sahilindən uzaqda nəhəng bir marlin balığı ilə mübarizə aparan qoca bir balıqçıdan bəhs edir.

“Yuxusuzluq”

Henri Millerin “Yuxusuzluq” əsəri yapon qadının sevgi həyatını və sevgiyə baxışını əks etdirir. Əsər 62 səhifədən ibarətdir.

“26 kişi və bir qız”

Rus ədəbiyyatının eləcə də dünyanın məşhur hekayə ustadlarından biri olan Maksim Qorkinin “26 kişi və bir qız” hekayəsi 105 səhifəlik bir əsərdir. Hekayə müəllif tərəfindən söylənilir və adama elə gəlir, bu hadisələr Qorkinin real başına gələn real hadisələr nəticəsində yazılıb. Hekayədə zirzəmidə çalışan 26 kişinin həyatından, onların az qala özlərinə qibləgah hesab etdikləri bir qızdan, Tanya adlı qulluqçudan bəhs edir.

 “Yad”

Albert Kamyu deyincə ədəbiyyat sahəsində ilk ağlagələn onun 1942-ci ildə nəşr olunan “Yad” əsəridir.

110 səhifədən ibarət olan  “Yad” müxtəlif dillərə ən çox tərcümə olunan və ən çox satılan kitablardan biridir. Əsərdə hadisələr çox qısa bir zamanda baş verir. Əlcəzairdə, təsadüf nəticəsində, bir ərəbi öldürən orta təbəqədən olan bir fransız, özünü addım-addım ölümə aparan müddəti laqeyd şəkildə izləyir.

 “Dəliyə tərif”

“Dəliliyə tərif” əsəri Desiderius Erasmusun canlılığını, etibarlılığını və cazibədarlığını bu günə qədər dəyişmədən qoruyan yeganə əsəridir. Erasmus 136 səhifəlik kitabının qaralamasını 1509-ci ilin yazında, İtaliyadan İngiltərəyə etdiyi səfəri zamanı yazıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2505
avatar

Nigar Adil

Oxşar yazılar