Xalq artisti Afaq Bəşirqızı
14 avqust 2021 13:00 (UTC +04:00)

Xalq artisti Afaq Bəşirqızı

"Bu filmə görə çox əsəbiləşdim" - Afaq Bəşirqızı

"Teatr hər zaman kinoya uduzub. Kino başqa, teatr başqa aləmdir. Mən teatrı sevirəm. Çünki tamaşaçı ilə ünsiyyətdə olmaq, hər tamaşa rol üzərində işləmək və obrazın digərindən fərqli olması mənim üçün maraqlıdır. Filmə çəkilərkən sıxılıram, aparatın qabağında durmaq, bir addım o tərəfə keçməmək, hansısa bir replikanı düz demək - hamısı məni darıxdırır. Kinoda darıxan adamam".

Lent.az- xəbər verir ki, bu sözləri Xalq artisti Afaq Bəşirqızı "Səhər mərkəzi" proqramında deyib. Aktrisa teatrla filmin fərqindən bəhs edib:

"Aktyorun istedadı olmasa, rejissor tamaşa qura bilməz. Rejissor təxəyyülü ilə rejissorlar var. Rejissor versiyası ilə çalışanlar udmur, aktyor və istedad lazımdır. Bizim respublikada əhali xaricdəki kimi deyil. Bizdə sevilmək də, gözdən düşmək də asandır. Sevgini qazanandan sonra yaşatmaq aktyorun məsuliyyəti və borcudur. Aktyor sənəti ağırdır. Aktyor dişi ağrıyanda da qorxur ki, dişi tökülər, pratez taxmalı olar. Çıxıb səhnədə protezlə obraz yaradtmaq, Hamleti oynamaq mümkün deyil.

Klassika hər zaman klassikadır, hörməti var. Klassikanı hörmətsiz edən rejissorlar var. Teatrda bəzən rejissor işinə müdaxilə edirəm, razılaşırıq da. Hərdən deyirəm ki, bu, mənim üçün ifrat münasibətdir, yaraşmaz. Obrazla bərabər Afaq Bəşirqızı stimulunu saxlayıram".

A.Bəşirqızı "Həddin artıq uyğunluq" filmindən də söz açıb:

"Çox əsəbiləşdim, elə gözəl səhnələri kəsdilər ki... Film başlayanda səhhətim pisləşdi. Hər səhnəni iynə ilə oynayırdım".

Aktrisa "İndiki yumor niyə gülməli deyil" sualına "Başqa çarə fikirləşmək lazımdır, heç kimi qınamıram. Danışanda deyirlər, Afaq xanım özündən başqa heç kimi bəyənmir. Vaxtında demədim ötür. Amma Afaqın səsini eşitmədilər. Eşitmədilər ki, incəsənət gedir" cavabını verib./axşam.az  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7615

Oxşar yazılar

Şair Məmməd İsmayıl vəfat etdi

Şair Məmməd İsmayıl vəfat etdi

19 avqust 2025 , 16:29
Kefinizi açacaq 6 komediya serialı

Kefinizi açacaq 6 komediya serialı

19 avqust 2025 , 13:57
"Avroviziya"nın  loqosu yeniləndi

"Avroviziya"nın loqosu yeniləndi

19 avqust 2025 , 09:37
Vuqar Babanlı: “Atamın vicdanı heç vaxt susmayıb”

Vuqar Babanlı: “Atamın vicdanı heç vaxt susmayıb”

17 avqust 2025 , 13:34
Yazıçı Vidadi Babanlı Qazaxda dəfn olundu -FOTOLENT

Yazıçı Vidadi Babanlı Qazaxda dəfn olundu -FOTOLENT

17 avqust 2025 , 12:01
Yazıçı Vidadi Babanlı Qazaxda dəfn olunacaq - YENİLƏNİB

Yazıçı Vidadi Babanlı Qazaxda dəfn olunacaq - YENİLƏNİB

16 avqust 2025 , 19:19
Tanınmış yazıçı vəfat etdi

Tanınmış yazıçı vəfat etdi

14 avqust 2025 , 18:29
Prezidentdən Afaq Bəşirqızı ilə bağlı SƏRƏNCAM

Prezidentdən Afaq Bəşirqızı ilə bağlı SƏRƏNCAM

14 avqust 2025 , 13:15