Azərbaycanın Xalq artistinin arvadına Almaniyada  ETİRAZ:   Putinə görə...
31 avqust 2022 16:12 (UTC +04:00)

Azərbaycanın Xalq artistinin arvadına Almaniyada ETİRAZ: Putinə görə...

Almaniyanın Köln şəhərinin sakinləri Rusiyanın Xalq artisti Anna Netrebkonun konsertinə etiraz ediblər.

Lent.az xarici mediaya istinadla məlumat verir ki, şəhər sakinləri Kurt-Hackenberg-Platz meydanında nümayiş keçiriblər. 

Ukraynadan gələn müğənni Mariana Sadovska  Netrebkonun bu şəhərin filarmoniyadakı çıxışına icazə verilməsindən təəssüfləndiyini bildirib və onu prezident Vladimir Putinin tərəfdarı adlandırıb.

Kölndəki konsertin təşkilatçısı Fred Handverker isə Netrebkonun öz mövqeyini açıq şəkildə ifadə etdiyini bildirib. Onun fikrincə, təşkilatçılarının vəzifəsi körpülər tikməkdir, onları dağıtmaq deyil.

Bundan əvvəl ifaçının Ştutqartda solo konsertinə icazə verilməyib. Maliyyə Nazirliyi bildirib ki, Ukrayna ərazisində hərbi xüsusi əməliyyat aparılarkən onun şəhərdəki konserti baş tutmayacaq. Müğənni isə sosial şəbəkə hesablarında Rusiya-Ukrayna müharibəsinin əleyhinə olduğunu yazıb.

Qeyd edək ki, opera müğənnisi Anna Netrebko azərbaycanlı həmkarı, Xalq artisti Yusif Eyvazovun xanımıdır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4147

Oxşar yazılar

Röya xəbər səhifələrinə hücum edir

Röya xəbər səhifələrinə hücum edir

21 avqust 2025 , 15:06
Gözlənilməz sonluqla bitən 8 detektiv film

Gözlənilməz sonluqla bitən 8 detektiv film

21 avqust 2025 , 13:34
Tarantino  ən yaxşı flmlərini sıraladı

Tarantino ən yaxşı flmlərini sıraladı

21 avqust 2025 , 10:38
Rəşad Məcidin  60 illiyinə həsr olunmuş “Qala adam” kitabı çapdan çıxdı

Rəşad Məcidin 60 illiyinə həsr olunmuş “Qala adam” kitabı çapdan çıxdı

21 avqust 2025 , 10:00
Şair Məmməd İsmayıl dəfn edildi  - YENİLƏNİB

Şair Məmməd İsmayıl dəfn edildi - YENİLƏNİB

20 avqust 2025 , 15:05
Xalq artisti qızını polisə verdi

Xalq artisti qızını polisə verdi

20 avqust 2025 , 12:25
Kefinizi açacaq 6 komediya serialı

Kefinizi açacaq 6 komediya serialı

19 avqust 2025 , 13:57
"Avroviziya"nın  loqosu yeniləndi

"Avroviziya"nın loqosu yeniləndi

19 avqust 2025 , 09:37