Zirzəmidə tapılan körpəylə əlaqədar araşdırma aparılır-YENİLƏNİB
12 oktyabr 2025 12:47 (UTC +04:00)

Zirzəmidə tapılan körpəylə əlaqədar araşdırma aparılır-YENİLƏNİB

0

Mingəçevir şəhərində zirzəmidən köməksiz vəziyyətdə tapılan körpə (oğlan) 12.10.2025-ci il tarixində saat 09:30 radələrində Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Bu barədə Lent.az-a TƏBİB-dən xəbər verilib.

Qeyd edilib ki, zəruri instrumental-diaqnostik müayinələr aparılıb. Azyaşlının müvafiq şöbədə müalicəsi davam etdirilir. Həkim müşahidəsi altındadır.

Hazırda vəziyyəti stabil olaraq qiymətləndirilir.

***

saat 11.50

Mingəçevir şəhərində zirzəmidə köməksiz vəziyyətdə tapılan körpə ilə əlaqədar ərazi üzrə polis orqanında təhqiqat araşdırmaları aparılır.

Lent.az APA-ya istinadən xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib.

Qeyd olunub ki, azyaşlının həmin yerdən götürülərək polis əməkdaşları tərəfindən xəstəxanaya yerləşdirilməsi təmin olunub və hazırda müayinəsi aparılır. Həmçinin körpənin yaxınlarının müəyyən olunması istiqamətində tədbirlər davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 496

Oxşar yazılar