Azərbaycanın Xalq artisti VƏFAT ETDİ
01 aprel 2022 10:20 (UTC +04:00)

Azərbaycanın Xalq artisti VƏFAT ETDİ

Xalq artisti Zülfüqar Abbasov bu gün səhər saatlarında 82 yaşında vəfat edib.

Lent.az xəbər verir ki, bu barədə Müstəqil "Şah Mat" Teatrının mətbuat katibi Turan Etibaroğlu məlumat verib.

Qeyd edək ki, Zülfüqar Qulu oğlu Abbasov 1940-cı ilin may ayında qədim Borçalı mahılında anadan olub. Rejissor kimi əmək fəaliyyətinə İrəvan Dövlət Dram Teatrında başlayıb. Sonra Mingəçevir şəhər Məziyə Davudova adına Dövlət Dram Teatrı, Qazax teatrlarında-baş rejissor, direktor və bədii rəhbər kimi çalışıb. 

# 4311
avatar

Fidan İlqar

Oxşar yazılar