Azərbaycan filmi Türkiyədə mükafata layiq görüldü
06 noyabr 2022 13:57 (UTC +04:00)

Azərbaycan filmi Türkiyədə mükafata layiq görüldü

"Həyat, deyəsən, gözəldir" filmi Korkut Ata Film Festivalında "Ən yaxşı rejissor" mükafatının qalibi olub.

Lent.az "Habertürk"ə istinadən xəbər verir ki, festivalda ümumilikdə 13 ölkədən 42 film iştirak edib.

Rejissor Vaqif Mustafayevin Vətən Müharibəsindən bəhs edən "Həyat, deyəsən, gözəldir" filmi "Ən yaxşı rejissor" mükafatının sahibi olub.

Bundan başqa, festivalda "TÜRKSOY Özəl Mükafatı" Yulduz Rajabovaya, "Türk Mədəniyyətinə Töhfə" mükafatı Arslan Eyeberdiev, Rano Shodiyeva, Sadyk Sher Niyaz, Kanat Torebay və Mehmet Bozdağa, "Vəfa" mükafatları Osman Sınav və Türkan Şoraya, "Ən yaxşı film" mükafatı" Dilmurod Masaidova, "Ən yaxşı ssenarist" mükafatı Semih Kaplanoğluna, "Ən yaxşı aktrisa" mükafatı Kalipa Tashtanovaya, "Ən yaxşı aktyor" mükafatı Kayrat Kemalova, "Ən yaxşı sənədli film" mükafatı Furkat Usmanova, eyni kateqoriyada ikincilik mükafatı Aigul Cherendinovaya və üçüncülük mükafatı isə İsmet Arasana verilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2769
avatar

Oxşar yazılar