Aygün Bəylərin  mahnısını oxuyan   qazax müğənni sosial şəbəkələrdə viral oldu
06 aprel 2024 14:43 (UTC +04:00)

Aygün Bəylərin mahnısını oxuyan qazax müğənni sosial şəbəkələrdə viral oldu

Qazaxıstanlı müğənni Əlişir Kərimov mərhum müğənnimiz, Əməkdar artist Aygün Bəylərin ifasında sevilən “Tut ağacım” mahnısını oxuyub.

Lent.az-ın xəbərinə görə, bundan öncə də Azərbaycanın xalq və bəstəkar mahnılarını ustalıqla ifa edən Əlişirin ifası çox bəyənilib.

Müğənninin ifası milyonlarla baxış toplayıb, minlərlə bəyənmə qazanıb.

Azərbaycanlı izləyicilər isə mahnını Aygünün daha yaxşı oxuduğunu iddia edərək, xatirəsini yad etdiyinə görə Əlişirə təşəkkür ediblər.
 

# 23601
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar