Lent.az “Kinofakt” rubrikasında daha bir maraqlı fakt tələb edir. Bu, məşhur “Avatar” filmi ilə bağlıdır?
Yəqin ki, hamınızın ömründə bir dəfə pul qazanmaq şansınız olub. Amma bu şansı itirib, sonra illərlə peşmanlıq yaşamısınız.
Tanınmış Hollivud aktyoru Mett Deymon kimi. O, böyük peşmanlığı barədə öz xatirələrində yazıb:
“Ceyms Kameron mənə “Avatar” filmində baş rol sənin fakturana uyğundur, söz verirəm, həyatın dəyişəcək. Sənə filmin qazancından 10 faiz verim, razılaşaq” deyəndə güldüm.
Ona “Cizgi filminə oxşayan kinoda pulsuz çəkilim? Bəlkə film tutmayacaq, bundan ötrü mən 2,5 milyona anlaşdığım “Bornun ultimatumu” filmindən imtina edim?
“Avatar”dan imtina etdim. Amma sonralar dünya kinosunun bestsellerinə çevrildi və bütün mümkün prokat rekordlarını qırdı. 2,5 milyard dollar gəlir götürən kult filmin oyunçuya təklif etdiyi 10 faiz 250 milyon dollar edirdi. Mən 2,5 milyona görə, 250 milyona qurban vermişdim”.