Amerika  kinosunun əfsanəsi   vəfat etdi
01 yanvar 2022 15:09 (UTC +04:00)

Amerika kinosunun əfsanəsi vəfat etdi

ABŞ kinosunun əfsanəvi aktrisası Betti Uaytın ölümü barədə polisə cümə günü səhər məlumat verilib. 

Lent.az xarici mediaya istinadla bildirir ki, onun cümə axşamı gecəsi Brentvuddakı evində öldüyü məlum olub.
Aktrisanın agenti və yaxın dostu Ceff Vitjas onun ölümünü təsdiqləyib.

“Düşünmürəm ki, Betti nə vaxtsa ölümdən qorxub, çünki o, həmişə ən sevimli əri Allen Ladden ilə birlikdə olmaq istəyirdi. Yenidən onunla olacağına inanırdı”, - Betti Uaytın agenti vurğulayıb.

Beş dəfə “Emmi” mükafatı laureatı karyerasına 1939-cu ildə başlayıb. Onun filmoqrafiyasına 110-dan çox rfilm, ən məşhur layihələr daxildir: "Meri Tayler Mur Şousu", "Klivlenddəki gözəllər", "Qızıl Qızlar", "Leysan", "Haqqımızda Hekayə".

Betti Uayt bir neçə dəfə “Qızıl qlobus” mükafatına namizəd olub və o, üç dəfə ABŞ-ın Aktyorların Gildiyası mükafatını qazanıb. Betti Uaytın adı Hollivudun “Şöhrət xiyabanı”ndadır.

# 2265
avatar

Oxşar yazılar