Amazon rəngli displeyli ilk elektron kitabını  təqdim etdi
21 oktyabr 2024 17:37 (UTC +04:00)

Amazon rəngli displeyli ilk elektron kitabını təqdim etdi

Amazon dörd yeni Kindle elektron kitabı təqdim edib.

Lent.az-ın xəbərinə görə, onlardan ən maraqlısı Kindle Colorsoft Signature Edition - brendin rəngli e-mürəkkəbli displeyli ilk electron kitab-cihazdır. 
Kindle Colorsoft Signature Edition nitrid LED texnologiyası ilə hazırlanıb və kağıza bənzər rəngləri əla kontrastla təqdim edir. Cihaz komiksləri oxumaq, fotoşəkillərə baxmaq və müxtəlif rənglərdə sözləri vurğulamaq üçün ideal seçimdir.

Yeni cihaz suya davamlıdır və səkkiz həftəyə qədər batareya ömrü və simsiz enerji doldurma  imkanı təqdim edir. Qiyməti 279,99 dollar olaraq təyin edilib və 30 oktyabrda satışı başlayacaq.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 501
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar