Aprel şəhidi haqqında sənədli film çəkilir
13 avqust 2020 11:49 (UTC +04:00)

Aprel şəhidi haqqında sənədli film çəkilir

2016-cı il aprel döyüşlərində qəhrəmancasına şəhid olan Babək Abidovun həyat və döyüş yolundan bəhs edən sənədli film çəkilir.

Sənədli filmin çəkilişləri şəhidin doğulub boya-başa çatdığı Şabran rayonunun Zeyvə kəndidə həyata keçirilir. Filmdə şəhidin ailə üzvləri, dostları, döyüş yoldaşları onunla bağlı xatirələrini bölüşüb.

Lent.az xəbər verir ki, “Aprel Qəhrəmanı” adlı 30 dəqiqəlik ekran işinin “ARB Media Qrup”a daxil olan “ARB Günəş” də yayımlanması nəzərdə tutulub.

Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət    Dəstəsi Şurasının maliyyə dəstəyi ilə “Regional Medianın İnkişafına Yardım” İctimai Birliyinin  Aprel döyüşlərində şəhid olan Babək Abidovun xatirəsinə dair tədbirlərin təşkili” layihəsi çərçivəsində ərsəyə gələcək filmin sentyabr ayının sonunda tamaşaçılara təqdim olunması nəzərdə tutulub.

Filmin rejissoru Dəyanət Rzayev, prodüseri Vəli Turan, ssenari müəllifi Coşqun Beydullayev, quruluşçu operatorları Rizvan Hacıyev və Mais Allahverdiyevdir.

Ermənistan silahlı qüvvələrinin təxribatları nəticəsində cəbhə bölgəsində gedən döyüşlərdə şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin giziri Babək Abidov  ölümündən sonra “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalına layiq görülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3445

Oxşar yazılar

Zurab Sereteli

Xalq rəssamı VƏFAT ETDİ

22 aprel 2025 , 10:21
“Oskar”ın növbəti təqdimetmə mərasimi bu tarixdə keçiriləcək

“Oskar”ın növbəti təqdimetmə mərasimi bu tarixdə keçiriləcək

22 aprel 2025 , 06:41
Orxan Fikrətoğluna nazirlikdə vəzifə  verildi

Orxan Fikrətoğluna nazirlikdə vəzifə verildi

21 aprel 2025 , 17:53
 Çətin gün keçirdin?   - Bu komediyalardan birini izlə -VİDEO

Çətin gün keçirdin? - Bu komediyalardan birini izlə -VİDEO

21 aprel 2025 , 14:44
Cennifer Lopez bu filmdə baş rola  çəkiləcək

Cennifer Lopez bu filmdə baş rola çəkiləcək

21 aprel 2025 , 13:34
Sevgi haqqında deyilmiş 7 aforizm

Sevgi haqqında deyilmiş 7 aforizm

20 aprel 2025 , 19:23
 Xəstəliklərinə görə   kariyeralarını bitirən ULDUZLAR

Xəstəliklərinə görə kariyeralarını bitirən ULDUZLAR

20 aprel 2025 , 11:07
Dahilərdən yumor  haqqında 10 aforizm

Dahilərdən yumor haqqında 10 aforizm

18 aprel 2025 , 18:24