Motsartın “Sehirli fleyta”sı Opera və Balet Teatrının səhnəsində
Lent.az-ın məlumatına görə, Azərbaycanda ilk dəfə səhnəyə qoyulan operanın premyerası anşlaqla baş tutub. Tamaşada respublikanın görkəmli mədəniyyət və incəsənət xadimləri, çoxlu sayda xarici qonaqlar iştirak edib. Əməkdar incəsənət xadimləri, professor Yalçın Adıgözəlovun rəhbərliyi altında simfonik orkestr və S.Hacıyevanın rəhbəri olduğu xor kollektivi operanı yüksək professional səviyyədə ifa ediblər.
Tamaşada aparıcı partiyalarda teatrın ən istedadlı vokalçıları – əməkdar artistlər Əli Əsgərov (Zarasto), Gülnaz İsmayılova (Gecələr şahzadəsi), İnarə Babayeva (Pamina), Natəvan İsmayılova (Papagena), gənc solistlər Fərid Əliyev (Tamino), Tural Ağasıyev (Monostatos), İlham Nəzərov (Papageno), Fəridə Məmmədova, Səbinə Vahabzadə, Səbinə Əsədova (pərilər) və başqaları səhnəyə çıxıb.
Premyeradan sonra teatrın direktor müavini əməkdar mədəniyyət işçisi Yuri Babayev bildirib ki, əsərin bütün not materialları - partitura, klavir və orkestr səsləri Azərbaycan Opera və Balet Teatrına Münhen Opera sənəti festivalının rəhbərliyi tərəfindən təqdim olunub. Azərbaycan Opera və Balet Teatrı binasının yaxın zamanlarda təmir və bərpa üçün bağlanacağını nəzərə alaraq teatr rəhbərliyi dekorasiyaların hazırlanmasına əlavə vəsait sərf etməmək üçün tamaşanı konsert variantında səhnəyə qoymağı məqsədəuyğun hesab edib. Çünki təmirdən sonrakı yeni səhnənin ölçüləri hazırkı ölçülərdən kəskin fərqli olacaq. Bu operanın zəngin dekorasiya və kostyumlarla tam yeni quruluşu teatrın təmiri başa çatandan sonra yeni səhnənin imkan və ölçüləri nəzərə alınmaqla həyata keçiriləcək.
Xəyalə

Oxşar yazılar

Bəxtiyar Vahabzadənin "Dar ağacı" pyesi əsasında hazırlanan eyniadlı tamaşaya ictimai baxış keçirildi
4 iyul 2025 , 18:06
Məmməd İsmayıl xəstəxanaya yerləşdirildi: Yemək yemir
4 iyul 2025 , 14:56Məşhur Hollivud ulduzu vəfat etdi
3 iyul 2025 , 21:52
Direktorun nakişi hərəkətinə görə ərim başını vurub yardı - Əməkdar artist Zemfira Sadıxova
3 iyul 2025 , 13:03
Türkiyədə yaşayan azərbaycanlı rəssam vəfat etdi
1 iyul 2025 , 17:27
İzləməli olduğunuz 5 yeni film - sizi ekrana bağlayacaq
30 iyun 2025 , 12:00
Rusiyanın Azərbaycanda keçiriləcək mədəniyyət tədbirləri ləğv edildi
29 iyun 2025 , 12:11