“Arşın mal alan” operası Belarus dövlət mükafatına təqdim olunub
29 iyun 2011 12:52 (UTC +04:00)

“Arşın mal alan” operası Belarus dövlət mükafatına təqdim olunub

Bu barədə Lent.az-a Dövlət Akademik Opera və Balet Teatrının baş rejissoru, əməkdar incəsənət xadimi Hafiz Quliyev məlumat verib. O bildirib ki, mükafatın təqdimatı bu ilin sentyabrında olacaq. Bu operanın 90 ölkədə səhnəyə qoyulduğunu və dörd film hazırlandığını qeyd edən H.Quliyev “Arşın mal alan”ın 70-dən çox dilə tərcümə olunduğunu da diqqətə çatdırıb. Azərbaycanlı rejissor isə bu əsəri 6 ölkə səhnəsində hazırlayıb və bu ölkələr arasında Azərbaycanla yanaşı, Türkiyə, Moskva, Belarus, Pekin də var: “2010-cu ildə Minskdə tamaşanı qoymuşdum və çox bəyənilmişdi. Hazırda bu tamaşa orada ən çox tamaşaçı yığan tamaşadır. Bu il Belarusda Belarus dövlət mükafatının təqdimatı olub və bu mükafata üç əsərin təqdimatı irəli sürülüb. Bu əsərlər arasında “Arşın mal alan” tamaşası da var. Düşünürəm ki, bu tamaşa hər zaman uğur qazanıb və bu mükafatı alacaq”.


H. Quliyev onu da əlavə edib ki, Çin məhz Ü.Hacıbəylinin “Arşın mal alan” operası ilə beynəlxalq festivalda iştirak edib.

Xəyalə
# 827

Oxşar yazılar