“Kənd namusu” ilk dəfə Azərbaycan səhnəsində - FOTO
Lent.az-ın məlumatına görə, bu opera Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında ilk dəfədir, səhnəyə qoyulub. Premyera tamaşası böyük uğurla keçib. Tamaşada xarici qonaqlar, yaradıcı ziyalıların nümayəndələri, musiqi xadimləri, bir neçə ölkənin səfiri və diplomatları, Mədəniyyət və Turizm Nazirliyinin məsul əməkdaşları iştirak edib.
Tamaşanın quruluşunu tanınmış ukraynalı opera rejissoru Nikolay Tretyakı həyata keçirib. Tamaşanın dirijoru əməkdar incəsənət xadimi, professor Yalçın Adıgözəlov, xormeystr əməkdar incəsənət xadimi Sevil Hacıyeva olub.
Orkestr, xor və vokalçıların parlaq ifası, XIX əsr Siciliyasını təsvir edən əlvan səhnə tərtibatı və kostyumlar tamaşanı daha baxımlı və maraqlı edib. Əsas partiyaların ifaçıları - xalq artisti Qərinə Kərimova (Santutsa), əməkdar artistlər Samir Cəfərov (Turiddu), Əvəz Abdullayev (Alfio), solistlər Səbinə Vahabzadə (Lüçiya) və Səbinə Əsədova (Lola) öz rollarının öhdəsindən bacarıqla gəliblər.
Qeyd edək ki, teatr məhz bu tamaşa ilə 102-ci mövsümünü başa vurub.
Xəyalə

Oxşar yazılar

Məmməd İsmayıl xəstəxanaya yerləşdirildi: Yemək yemir
4 iyul 2025 , 14:56Məşhur Hollivud ulduzu vəfat etdi
3 iyul 2025 , 21:52
Direktorun nakişi hərəkətinə görə ərim başını vurub yardı - Əməkdar artist Zemfira Sadıxova
3 iyul 2025 , 13:03
Türkiyədə yaşayan azərbaycanlı rəssam vəfat etdi
1 iyul 2025 , 17:27
İzləməli olduğunuz 5 yeni film - sizi ekrana bağlayacaq
30 iyun 2025 , 12:00
Rusiyanın Azərbaycanda keçiriləcək mədəniyyət tədbirləri ləğv edildi
29 iyun 2025 , 12:11
Hitler və nasizmdən bəhs edən roman Almaniyada bestseller oldu
27 iyun 2025 , 16:55