“Kabuslar” Akademik Milli Dram Teatrının səhnəsində
Teatrın mətbuat xidmətinin rəhbəri Elçin Cəfərovun Lent.az-a verdiyi məlumata görə, bu tamaşalardan biri Eduardo de Filipponun “Kabuslar” əsəri əsasında hazırlanan tamaşadır. Tamaşanın janrı iki hissəli mistik tragikomediya kimi müəyyən olunub. Pyesi Azərbaycan dilinə Nicat Kazımov tərcümə edib. Tamaşanın quruluşçu rejissoru Nicat Kazımov, quruluşçu rəssamı Elşən Sərxanoğlu, musiqi tərtibatçısı Həmid Kazımzadə, rejissor assistenti Dilbər İsmayılovadır. Tamaşada rəqslərə Sənan Hüseynli, səhnə tryuklarına İsa Əsədov quruluş verib.
Rollarda xalq artistləri Laləzar Mustafayeva, Rafiq Əzimov, Şükufə Yusupova, əməkdar artistlər Ayşad Məmmədov, Münəvvər Əliyeva, Məsmə Aslanqızı, Cəfər Əhmədov, Pərviz Bağırov, Sevinc Əliyeva, aktyorlar Rövşən Kərimduxt, Elşən Rüstəmov, Həcər Ağayeva, Kəmalə Hüseynova, Rəşad Bəxtiyarov, Şəhla Əliqızı, Aslan Şirinov, Mətləb Abdullayev, Vüsal Mustafayev, Rada Nəsibova, Nigar Güləhmədova, Xədicə Novruzlu və Elçin Əhmədov iştirak edirlər. Tamaşanın premyerası iyul ayının birinci yarısına nəzərdə tutulub.
Xəyalə

Oxşar yazılar

Məmməd İsmayıl xəstəxanaya yerləşdirildi: Yemək yemir
4 iyul 2025 , 14:56Məşhur Hollivud ulduzu vəfat etdi
3 iyul 2025 , 21:52
Direktorun nakişi hərəkətinə görə ərim başını vurub yardı - Əməkdar artist Zemfira Sadıxova
3 iyul 2025 , 13:03
Türkiyədə yaşayan azərbaycanlı rəssam vəfat etdi
1 iyul 2025 , 17:27
İzləməli olduğunuz 5 yeni film - sizi ekrana bağlayacaq
30 iyun 2025 , 12:00
Rusiyanın Azərbaycanda keçiriləcək mədəniyyət tədbirləri ləğv edildi
29 iyun 2025 , 12:11
Hitler və nasizmdən bəhs edən roman Almaniyada bestseller oldu
27 iyun 2025 , 16:55