Xalq Teatrları Festivalı başlayıb
İdarədən Lent.az-a verilən məlumata görə, festival mədəniyyət müəssisələrində fəaliyyət göstərən Xalq teatrları və dram dərnəklərinin işinin daha da səmərəli təşkili, özfəaliyyət teatr kollektivlərinə gənc nəslin cəlb edilməsi, onların fəaliyyətini dövrün tələblərinə uyğun qurmaq, müasir formaların tətbiq olunması, əhalinin teatr sənətinə marağının artırılması məqsədi ilə təşkil olunub.
Xalq teatrlarına Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin ötən il keçirdiyi kiçik həcmli hekayələr və bir pərdəli pyeslər müsabiqəsində qalib gəlmiş müəlliflərin əsərləri təqdim edilib. Gənc yazarların xalq teatrları ilə ilk tandemi builki festivalı daha da maraqlı edən səbəblərdən biridir.
Festivalın münsiflər heyətinin tərkibinə Könül Axundova, Atababa Hacıbabayev, Loğman Kərimov, Azad Şükürov, Aydın Əzimov daxildir.
Qalib gəlmiş kollektivlər diplom və mükafatlarla yanaşı, Xalq Teatrlarının Ümumrespublika Baxış - Müsabiqəsinə vəsiqə qazanır.
Bakı şəhər Xalq Teatrları Festivalı qaliblərinin təqdimat mərasimi aprelin 27-də A.Şaiq adına Dövlət Kukla Teatrında keçiriləcək.
Xəyalə

Oxşar yazılar
Professor Rəhman Bədəlov vəfat etdi
9 iyul 2025 , 22:34
Baku TV-nin istehsal etdiyi “Söz” filminin təqdimatı keçirildi
9 iyul 2025 , 19:38
Azərbaycanda teatr direktoru istefa verdi
9 iyul 2025 , 12:32
Azərbaycan-İsrail kinematoqrafçılarının birgə filmi təqdim olundu - FOTO
9 iyul 2025 , 12:21
Mədəniyyət Nazirliyinin Rusiya ilə əməkdaşlığına dair saxta sənəd yayıldı
7 iyul 2025 , 18:29
Şəkidə “Şəhər günü” keçirilib -FOTOLENT
7 iyul 2025 , 10:10
Bəxtiyar Vahabzadənin "Dar ağacı" pyesi əsasında hazırlanan eyniadlı tamaşaya ictimai baxış keçirildi
4 iyul 2025 , 18:06