Azərbaycan filmi İran festivalında mükafat qazandı - FOTO
Bu barədə Lent.az-a “Ritm Production” Kino Şirkətinin direktoru Xaqani Həşimov məlumat verib.
O ilk olaraq xatırladıb ki, “Baş daşı” filmi şirkətin fəaliyyətinin 5 illiyi münasibətilə keçən ilin iyun ayında tələbə və gənclər arasında keçirilən 5 dəqiqəlik film ssenariləri müsabiqəsində qalib gəlib. Mədəniyyət və İncəsənət Universitetinin IV kurs tələbəsi Royal Əliyevin ssenarisi əsasında çəkilən filmə rejissorluğu da elə Royal özü edib: “Biz “Ritm Production” olaraq gənclər və tələbələrlə çalışmalarımızı davam etdiririk. Hər zaman maraqlı ssenarilər gözləyirik. Məqsədimiz istedadlı gənclərə imkanlar açmaq, onlara çəkiliş meydançasında, studiyalarda işləmək şəraiti yaratmaqdır. Kinomuzun sürətli inkişafı üçün yeni nəsillər yetişməlidir. Bunun üçün də istər dövlət, istərsə də özəl kino şirkətləri, eyni zamanda yaradıcı və texniki peşəkarlar hər zaman gənc nəslə dəstək olmalıdırlar”.
Xaqani Həşimov onu da deyib ki, “Baş daşı” filmi keçən ilin sonunda ACİ YF-in keçirdiyi müsabiqədə də mükafat qazanıb. Hazırda film daha iki festivala dəvətlidir.

Oxşar yazılar
Professor Rəhman Bədəlov vəfat etdi
9 iyul 2025 , 22:34
Baku TV-nin istehsal etdiyi “Söz” filminin təqdimatı keçirildi
9 iyul 2025 , 19:38
Azərbaycanda teatr direktoru istefa verdi
9 iyul 2025 , 12:32
Azərbaycan-İsrail kinematoqrafçılarının birgə filmi təqdim olundu - FOTO
9 iyul 2025 , 12:21
Mədəniyyət Nazirliyinin Rusiya ilə əməkdaşlığına dair saxta sənəd yayıldı
7 iyul 2025 , 18:29
Şəkidə “Şəhər günü” keçirilib -FOTOLENT
7 iyul 2025 , 10:10
Bəxtiyar Vahabzadənin "Dar ağacı" pyesi əsasında hazırlanan eyniadlı tamaşaya ictimai baxış keçirildi
4 iyul 2025 , 18:06