
Azərbaycanlı dirijor Roma səhnəsində - FOTO
Azərbaycanın İtaliyadakı səfirliyindən Lent.az-a bildirilib ki, orkestrə beynəlxalq müsabiqələr laureatı, Azərbaycanın gənc istedadlarının «Qızıl kitabı»na yazılmış Əyyub Quliyev dirijorluq edib. Əyyub Quliyev ötən ilin 5-16 oktyabr tarixlərində Parmada keçirilən dirijorların beynəlxalq Arturo Toskanini müsabiqəsində qalib gələrək münsiflər heyətinin yekdil qərarı ilə müsabiqənin Cüseppe Sinopolinin adını daşıyan birinci mükafatına layiq görülüb. 20 ildən bəri heç kimin qazana bilmədiyi mükafatı əldə etməklə Əyyub Quliyev Arturo Toskanini Filarmonik Orkestrinin bu il İtaliyanın Roma, Bolonya və Parma şəhərlərində, eləcə də İspaniyanın Madrid şəhərində keçiriləcək konsertlərində dirijorluq etmək hüququ qazanıb.
Romada keçirilən ilk konsertə eyni zamanda Azərbaycanın İtaliyadakı səfirliyi də dəstək verib.
Romada keçirilən ilk konsertə eyni zamanda Azərbaycanın İtaliyadakı səfirliyi də dəstək verib.
Oxşar yazılar
Professor Rəhman Bədəlov vəfat etdi
9 iyul 2025 , 22:34
Baku TV-nin istehsal etdiyi “Söz” filminin təqdimatı keçirildi
9 iyul 2025 , 19:38
Azərbaycanda teatr direktoru istefa verdi
9 iyul 2025 , 12:32
Azərbaycan-İsrail kinematoqrafçılarının birgə filmi təqdim olundu - FOTO
9 iyul 2025 , 12:21
Mədəniyyət Nazirliyinin Rusiya ilə əməkdaşlığına dair saxta sənəd yayıldı
7 iyul 2025 , 18:29
Şəkidə “Şəhər günü” keçirilib -FOTOLENT
7 iyul 2025 , 10:10
Bəxtiyar Vahabzadənin "Dar ağacı" pyesi əsasında hazırlanan eyniadlı tamaşaya ictimai baxış keçirildi
4 iyul 2025 , 18:06