“Natiq” ritm qrupu Türkiyənin “TRT AVAZ” kanalında iştirak edib
Musiqiçilərimiz “Azərinlə esintilər” proqramında iştirak ediblər. Bu barədə Lent.az-a sözügedən proqramın aparıcısı, Azərbaycanın əməkdar artisti Azərin məlumat verib. Əməkdar artist deyib ki, proqram tamaşaçıların xüsusi marağına səbəb olub: “Musiqiçilərimizlə yanaşı, türkiyəli musiqiçi Türhan Yüksələr də qonaq oldu. Olduqca maraqlı proqram idi. Mən proqramın aparıcısı olsam da, qonağımın kimin olacağını şəxsən özüm təyin etmirəm. Lakin “Natiq” ritm qrupu ilə Alim Qasımovun proqramımda iştirakını çox arzu edirdim. Şükürlər olsun ki, arzumun biri reallaşdı. İnşallah, Alim Qasımovun da iştirakı qismət olar”.
Azərin xanım onu da vurğulayıb ki, Azərbaycandan iştirak edən bütün sənətçilərin yol xərcləri “TRT” kanalı tərəfindən maliyyələşir: “Sənətçilərimizin məsrəfləri “TRT” kanalı tərəfindən maliyyələşir. Təbii ki, bütün dəyərli sənətçilərimizin proqramda iştirakını istərdim, lakin burada təkcə Azərbaycan və Türkiyənin sənət adamları deyil, bütün Türk dünyasının məşhurları iştirak edir. Ona görə də ayda bir dəfə öz sənətçilərimizi qonaq çağırmalı oluruq”.
Qeyd edək ki, indiyədək azərbaycanlı sənətçilərdən Ağadadaş Ağayev, Gülüstan Əliyeva, Əlixan Səmədov “Azərinlə esintilər” proqramında qonaq olub.
Lalə Yusifqızı

Oxşar yazılar
Professor Rəhman Bədəlov vəfat etdi
9 iyul 2025 , 22:34
Baku TV-nin istehsal etdiyi “Söz” filminin təqdimatı keçirildi
9 iyul 2025 , 19:38
Azərbaycanda teatr direktoru istefa verdi
9 iyul 2025 , 12:32
Azərbaycan-İsrail kinematoqrafçılarının birgə filmi təqdim olundu - FOTO
9 iyul 2025 , 12:21
Mədəniyyət Nazirliyinin Rusiya ilə əməkdaşlığına dair saxta sənəd yayıldı
7 iyul 2025 , 18:29
Şəkidə “Şəhər günü” keçirilib -FOTOLENT
7 iyul 2025 , 10:10
Bəxtiyar Vahabzadənin "Dar ağacı" pyesi əsasında hazırlanan eyniadlı tamaşaya ictimai baxış keçirildi
4 iyul 2025 , 18:06