
XVIII Beynəlxalq Kitab Festivalında Azərbaycan guşəsi yaradılıb - FOTO
Səfirlikdən Lent.az-a verilən məlumata görə, aprelin 14-də Macarıstan paytaxtındakı Millenium İncəsənət mərkəzində Avropa Birliyinin egidası altında fəaliyyətə başlayan festivalı ölkənin təbii resurslar naziri Mikloş Reteli açıb. Festivalda 50-dən çox ölkənin nəşriyyatları iştirak edir. Səfirliyin daxili resursları hesabına təşkil edilmiş Azərbaycan guşəsində respublikamızın müxtəlif nəşriyyatlarında çap olunmuş 100-dən artıq kitab sərgilənir. Onların arasında son illər səfirlik tərəfindən macar dilində nəşr edilmiş 30-a yaxın kitab iştirakçıların diqqətini çəkib. “Macarca-azərbaycanca danışıq kitabçası”, “Gəlin azərbaycanca danışaq” kitabları, “Kitabi-Dədə Qorqud”, “Koroğlu”, “Oğuz xan” dastanları, habelə Dağlıq Qarabağ münaqişəsinə, Azərbaycan-Macarıstan tarixi əlaqələrinə, Azərbaycanın enerji strategiyasına və turistik imkanlarına, mədəniyyətə və milli mətbəximizə dair macarca nəşrlər festival iştirakçıları arasında xüsusi maraq doğurub. Səfirliyin nəşrlərinin bir qismi macar kitab həvəskarlarına hədiyyə edilib.
Avropa Birliyi ölkələrinin tanınmış yazıçı və şairlərinin qatıldığı XVIII Budapeşt Beynəlxalq Kitab festivalı aprelin 18-nə qədər davam edəcək.
Avropa Birliyi ölkələrinin tanınmış yazıçı və şairlərinin qatıldığı XVIII Budapeşt Beynəlxalq Kitab festivalı aprelin 18-nə qədər davam edəcək.
Oxşar yazılar
Professor Rəhman Bədəlov vəfat etdi
9 iyul 2025 , 22:34
Baku TV-nin istehsal etdiyi “Söz” filminin təqdimatı keçirildi
9 iyul 2025 , 19:38
Azərbaycanda teatr direktoru istefa verdi
9 iyul 2025 , 12:32
Azərbaycan-İsrail kinematoqrafçılarının birgə filmi təqdim olundu - FOTO
9 iyul 2025 , 12:21
Mədəniyyət Nazirliyinin Rusiya ilə əməkdaşlığına dair saxta sənəd yayıldı
7 iyul 2025 , 18:29
Şəkidə “Şəhər günü” keçirilib -FOTOLENT
7 iyul 2025 , 10:10
Bəxtiyar Vahabzadənin "Dar ağacı" pyesi əsasında hazırlanan eyniadlı tamaşaya ictimai baxış keçirildi
4 iyul 2025 , 18:06