Qaraqan “Mənim qaranlığım” dedi -
Lent.az-ın məlumatına görə, “Mənim Qaranlığım” iki hissədən ibarət olub.
Birinci hissə konsertin adı ilə eyni olan “Mənim qaranlığım”la başlayıb. Qaraqan monitorda quraşdırılan ekrandan tamaşaçılara etiraf müzikliylə müraciət edib. Konsert ümumilikdə fəlsəfi mahnılar və YYS (Yozumsuz Yuxuların Sabahı) şairlər məclisinin haşiyələri ilə zəngin olub.
Repçiləri “Pantomim” teatrının aktyorları, Milli Konservatoriyanın musiqiçiləri, balerinalar, dövlət xoru, uşaq xoru, canlı piano, canlı violonçel müşayiət edib.
Repçilər bəşəri mövzulardan bu günün reallıqlarınadək insanları narahat edən problemləri mini tamaşalarla səhnəyə çıxarıblar. Qaraqanı musiqilərdə “Dəyirman” qrupu və H.O.S.T.-un digər üzvləri də müşayiət edib.
15 dəqiqəlik fasilədən sonra “Mənim Qaranlığım” hissəsindən “İşıq” hissəsinə keçid olub. İkinci hissədə problemlər pozitiv məqamlara köklənib. Konsertin sonunda iştirakçılar dünyanın və yaşamağın gözəl olduğunu etiraf ediblər.
Hop-hop müzikl səhnəsində bir neçə yeni klip də nümayiş olunub. Qeyd edək ki, səhnədə Şopen, Bethoven və digər klassiklərin bəstələri altında YYS müəlliflərinin fəlsəfi şeirləri, psixoloji dialoqları səslənib.
“Mənim Qaranlığım” adlı müzikl insanın daxili aləminə, onun içindəki suallara və tənhalığa yönəlmiş, bütün insanları narahat edən hisslərin qabardılması və şeirin gücünü, beyinlərə sözün təsiri və musiqinin dramatikliyini aşılayan bir göstəriş olub.
Konsertin informasiya dəstəyi Lent.az xəbər agentliyidir.
Lalə

Oxşar yazılar
Professor Rəhman Bədəlov vəfat etdi
9 iyul 2025 , 22:34
Baku TV-nin istehsal etdiyi “Söz” filminin təqdimatı keçirildi
9 iyul 2025 , 19:38
Azərbaycanda teatr direktoru istefa verdi
9 iyul 2025 , 12:32
Azərbaycan-İsrail kinematoqrafçılarının birgə filmi təqdim olundu - FOTO
9 iyul 2025 , 12:21
Mədəniyyət Nazirliyinin Rusiya ilə əməkdaşlığına dair saxta sənəd yayıldı
7 iyul 2025 , 18:29
Şəkidə “Şəhər günü” keçirilib -FOTOLENT
7 iyul 2025 , 10:10
Bəxtiyar Vahabzadənin "Dar ağacı" pyesi əsasında hazırlanan eyniadlı tamaşaya ictimai baxış keçirildi
4 iyul 2025 , 18:06