Möcüzəli tamaşa, möhtəşəm rəqslər və “Küləyin nağılı” –
Mən sizə gözəl və rəngarəng planetimiz, eləcə də dünyanın oxuyub, rəqs etməyə necə başlaması haqqında öz nağılımı söyləyəcəyəm. Mən Xəzər dənizinin və küləklər şəhəri Bakının səmasına yüksələrək öz səyahətimə başlayıram! Mən bütün dünyanı dolaşıram! Baxın! Görün, o nə qədər əsrarəngiz, nə qədər gözəl çalarlıdır...”
Beləliklə, “Küləyin nağılı” başlayır... Qədim zamanlardan külək və odlar diyarı kimi tanınan Azərbaycandan. Külək rəqs və mahnılar vasitəsilə yaşadığımız dünyanın gözəlliyini nağıl edir. Nağıl Azərbaycandan başlayır, sonra bütün dünyanı dolaşır... və yenidən Azərbaycana qayıdır...
Bu, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində dünən Heydər Əliyev Sarayında nümayiş olunan “Küləyin nağılı” tamaşasının ümumi konsepsiyası idi. Azərbaycanla Litvanın birgə layihəsi olan bu möcüzəli pyes üç əsas hissədən ibarətdir.
Birinci hissə mücərrəd sürrealist fikirlərdən ibarətdir – DÜNYA YARANIR. Bu hissədə tamaşaçılar folklor elementləri ilə uzlaşan müasir rəqs və video kadrları izlədilər. Zülmətdən azadlığa çıxan, ağ və pak səmaya qalxan külək qaranlıqdan, oddan, sudan, havadan və torpaqdan həyatı yaradır. Yazın və həyatın başlanmasının rəmzi olan Litvalı müğənni oğlan (İlya Aksyonov) səhnəyə çıxaraq illüzionist nömrə ilə həyat rəmzi olan kəpənəkləri havaya buraxır və mahnısını ifa edir.
İkinci hissədə DÜNYA CANLANIR. Litva, Çin, Hindistan, Afrika, Braziliya və digər ölkələrin mədəniyyətləri, onların xüsusi cəhət və ənənələri Azərbaycanın ən yaxşı rəqs qrupları (Dövlət Rəqs Ansamblı, Akademik Opera və Balet Teatrı, Pantomima Teatrı, Bakı Xoreoqrafiya Məktəbi), Litvalı rəqqas (Karina Krısko, Saulius Skambinas) və müğənni (Litva xalq müğənnisi Veronika Povilioniene) tərəfindən təqdim olunur. Bu qruplar digər mədəniyyətlərə hörmətlə yanaşmaq məharətini göstərərək rəqs dili ilə həmin gözəl adət-ənənələri tamaşaçılara çatdırırlar.
Üçüncü hissə SÜLHSEVƏR DÜNYA adlanır. Azərbaycan küləyi bütün dünyanı dolaşıb öz tarixini nağıl etdikdən sonra “Bayatı-Şirazı”ın sədaları altında (azyaşlı muğam ifaçısı Cəlal Əliyevin ifasında) gözəllik, məhəbbət, səmimilik, aydınlıq dolu Vətənə qayıdır. Bu hissədə isə gözəl rəqslərin fonunda LED ekran vasitəsilə ölkəmizin tarixi abidələri, işğal altında olan torpaqlarımız, xalçalarımız, miniatür sənətimiz nümayiş olunur. Ümumiyyətlə, LED ekrandan hər rəqsin mövzusuna uyğun göstərilən görüntülər tamaşaya xüsusi effekt qataraq onun konsepsiyasını gücləndirirdi. İşıq və səs effektləri, musiqilər, rəqqasların kostyumları da olduqca yüksək səviyyədə idi.
Bu möhtəşəm layihənin ideya müəllifləri Litvadan Eqmontas Bjeskas, Azərbaycandan Təranə Muradova və Rəşad Həşimovdur. Musiqili tamaşanın rejissoru, xoreoqrafı və bəstəkarı da müvafiq olaraq bu üç sənətkardır.
İzlədikcə insanın qanını coşduran, içində fərəh hissi oyadan möhtəşəm rəqslərdən, musiqi və görüntülərdən ibarət bu möhtəşəm tamaşa ayaqüstü alqışlarla qarşılandı. Bununla da tamaşaçıları nağıllar aləminə aparan “Küləyin nağılı” başa çatdı.
... Nağıl bitdi. Göydən üç alma düşdü... Biri Azərbaycanın, biri Litvanın, biri də izləyən tamaşaçıların...
Xəyalə Muradlı

Oxşar yazılar

Şeyxin müavini Mirmehdi Ağaoğlunun "Həcc Gündəliyi"ndən YAZDI
16 may 2025 , 12:13
Qan donduran 10 serial: Manyaklar, qatillər... - VİDEO
15 may 2025 , 19:46
2026-cı ildə gözlənilən ən yaxşı qorxu filmləri
15 may 2025 , 16:46
Məşhur türk rejissor VƏFAT ETDİ
15 may 2025 , 14:26
Sizi güldürəcək 8 komediya serialı
15 may 2025 , 13:16
Koroğlu kimmer, Dədə-Qorqud skif tayfasından olub - Həsən Həsənovun kitablarının təqdimatından REPORTAJ
14 may 2025 , 18:26
“Avroviziya 2025” başladı - CANLI
13 may 2025 , 23:03