“Qızıl Kəlmə” Ədəbi Mükafatının sahibləri mayda açıqlanacaq
Nazirlikdən Lent.az-a verilən məlumata görə, müsabiqəyə son iki ildə çap olunan 25 kitab təqdim olunub. Hazırda kitablar oxunma prosesindədir. Peşəkar münsiflər heyəti tərəfindən qiymətləndiriləcək kitabların adları mayın ilk 10 günlüyü ərzində açıqlanacaq. Qaliblər nəsr (roman, povest, hekayə və hekayələr silsiləsi), poeziya əsərləri (poema, şeir, mahnı mətni), tənqid, ədəbiyyatşünaslıq və publisistika, orijinaldan bədii tərcümə nominasiyaları üzrə təyin olunacaq. Laureatlar rəmzi simvol olan döş nişanı, diplom və pul mükafatı ilə təltif ediləcəklər. Bundan başqa, Mədəniyyət və Turizm Nazirliyi iki gənc yazara “Şans” ödülünün təqdim olunmasını də nəzərdə tutub. Mükafatların təntənəli təqdimat mərasimi keçiriləcək.
“Qızıl Kəlmə” Ədəbi Mükafatı 2009 - 2011-ci illər üzrə yüksək bədii və sənətkarlıq keyfiyyətlərinə malik ədəbi əsərləri dəyərləndirmək, təbliğ etmək, istedadlı ədiblərin səmərələri yaradıcılıq axtarışlarına zəmin yaratmaq məqsədilə elan olunub.
Xatırladaq ki, iki ildən bir keçirilən müsabiqə bu il ikinci dəfə baş tutacaq. 2009-cu ildə təqdim olunan ilk mükafatlara Aqil Abbas, Elçin Hüseynbəyli, Zakir Fəxri, Taleh Həmid, Hüseynbala Mirələmov, Məmməd Oruc və Saray Budaqlı layiq görülüb. “Şans” ödülü isə Yunus Oğuza və Səlim Babullaoğluna verilib.
Xəyalə

Oxşar yazılar

Qan donduran 10 serial: Manyaklar, qatillər... - VİDEO
15 may 2025 , 19:46
2026-cı ildə gözlənilən ən yaxşı qorxu filmləri
15 may 2025 , 16:46
Məşhur türk rejissor VƏFAT ETDİ
15 may 2025 , 14:26
Sizi güldürəcək 8 komediya serialı
15 may 2025 , 13:16
Koroğlu kimmer, Dədə-Qorqud skif tayfasından olub - Həsən Həsənovun kitablarının təqdimatından REPORTAJ
14 may 2025 , 18:26
“Avroviziya 2025” başladı - CANLI
13 may 2025 , 23:03
Toto Kutunyo 35 il əvvəl "Avroviziya" qalibi olanda necə görünürdü? - VİDEO
13 may 2025 , 15:39