Cəmil Quliyev: “Mədəniyyətimizin təbliğində öz zəhmətimi, əməyimi əsirgəməyəcəyəm”
“Çalışacağıq ki, “Mədəniyyət” kanalının verilişləri rəngarəng, zəngin olsun. Milli mədəniyyətimizin təbliğində, inkişafında mühüm rol oynasın”. Bunu Lent.az-a açıqlamasında “Mədəniyyət” kanalının baş direktoru Cəmil Quliyev deyib. O, ilk öncə ölkə başçısı İlham Əliyevə “Mədəniyyət” kanalının yaranmasında göstərdiyi dəstəyə görə öz dərin təşəkkürünü bildirib: “Bu gün Azərbaycanda “Mədəniyyət” kanalının yaranması prezidentimizin, dövlətimizin mədəniyyətə göstərdiyi böyük qayğını sübut edir. Vaxtilə ulu öndər Heydər Əliyev demişdi: “Hər bir xalqın mədəniyyəti həmişə onu yüksəldir, bütün dünyada tanıdır, mənəviyyatını zənginləşdirir”. Mən də mənə tapşırılan bu vəzifədə çalışaraq mədəniyyətimizin təbliğində öz zəhmətimi, əməyimi əsirgəməyəcəyəm. “Mədəniyyət” kanalının kollektivini çox ciddi və məsuliyyətli bir iş gözləyir. Bizə göstərilən etimadı doğrultmaq üçün əlimizdən gələni edəcəyik. Çalışacağıq ki, kanalın verilişləri rəngarəng, zəngin olsun. Milli mədəniyyətimizin təbliğində, inkişafında mühüm rol oynasın”.
Kanalın proqramının artıq tərtib olunduğunu deyən Cəmil Quliyev kadr və digər məsələlər barədə danışmağın hələ tez olduğunu söyləyib.
Dövlət Film Fondunun direktoru vəzifəsində qalıb-qalmayacağı məsələsinə gəlincə, Cəmil Quliyev bunu zamanın göstərəcəyini vurğulayıb: “Mən hazırda Film Fondun direktoruyam. Amma bu vəzifədən gedib-getməyəcəyimi zaman göstərəcək. Məqsədə uyğun olsa, bu işi davam etdirməyə hazıram. Bu vəzifənin də icrası mənə tapşırılsa, canla-başla yerinə yetirərəm. Çünki Film Fond mənim üçün doğma və əziz bir təşkilatdır”.
Xatırladaq ki, “Mədəniyyət” kanalının açılışı fevralın 14-də, axşam 20.30-da - AzTV-də “Xəbərlər” proqramından sonra baş tutacaq. Kanalın təntənəli açılışından sonra “Muğam” müsabiqəsinin açılışı olacaq. Fevralın 15-dən isə “Mədəniyyət” kanalı gündüz saat 12.00-dan gecə 02.00-a qədər fəaliyyət göstərəcək
Xəyalə Muradlı

Oxşar yazılar

Koroğlu kimmer, Dədə-Qorqud skif tayfasından olub - Həsən Həsənovun kitablarının təqdimatından REPORTAJ
14 may 2025 , 18:26
“Avroviziya 2025” başladı - CANLI
13 may 2025 , 23:03
Toto Kutunyo 35 il əvvəl "Avroviziya" qalibi olanda necə görünürdü? - VİDEO
13 may 2025 , 15:39
Triller sevənlər üçün 5 ən yaxşı film
13 may 2025 , 12:34
Kann film festivalında çılpaq iştirak qadağan edildi
13 may 2025 , 05:44
Həyəcan sevənlər üçün 5 film -VİDEO
12 may 2025 , 18:11
“Qazaxıstan-Azərbaycan Beynəlxalq Forumu – Qərbi Azərbaycana Qayıdış Çağırışları”
12 may 2025 , 16:30