Xanəndə Qoçaq Əsgərovun “Sarı gəlin” adlı diskinin təqdimatı keçiriləcək
08 may 2009 16:30 (UTC +04:00)

Xanəndə Qoçaq Əsgərovun “Sarı gəlin” adlı diskinin təqdimatı keçiriləcək

Disk Böyük Britaniyada hazırlanıb

Böyük Britaniyada işıq üzü görən ilk “Sarı gəlin” adlı diskin təqdimatı keçiriləcək. Bu barədə Lent.az-a məlumatı diskin müəllifi, Azərbaycan Milli Konservatoriyasının məzunu Qoçaq Əsgərov verib. Xanəndə həmin təqdimatın mayın 14-də M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında keçirəcəyi ilk solo konsertində təqdim edəcək.

Xanəndənin bildirdiyinə görə, proqram “Saçın ucun hörməzlər” adlanır və 2 saata yaxın vaxtı əhatə edir. Konsertdə Qoçaq Əsgərovu Əliağa Sədiyevin rəhbərlik etdiyi “Sarı gəlin” ansamblı müşayiət edəcək. Proqrama “Zabul” segahı dəsgah şəklində daxil edilib. Eyni zamanda xanəndə “Sarı gəlin” xalq mahnısını və bir sıra təsniflər, xüsusi ilə diskdən seçmə mahnılar ifa edəcək.

Konsertə musiqişünas, YUNESKO-nun eksperti Sənubər Bağırov təşkilati dəstək verir.
Qeyd edək ki,Qoçaq Əsgərov Asəf Zeynallı adına Musiqi Kollecində, daha sonra Azərbaycan Milli Konservatoriyasında təhsil alıb. Xanəndə Azərbaycanın Xalq artisti Arif Babayevin tələbsi olub. Onu da əlavə edək ki, Q.Əsgərov könüllü olaraq 15 yaşından Qarabağ müharibəsində iştirak edib və 1992-ci ildə Füzulidə gedən döyuşlərin birində ağır yaralanıb.

Lalə Yusifqızı
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1708

Oxşar yazılar