Aysellə Araş sabah “Eurovision” səhnəsinə çıxacaqlar
04 may 2009 11:30 (UTC +04:00)

Aysellə Araş sabah “Eurovision” səhnəsinə çıxacaqlar

Moskvada keçiriləcək “Eurovision-2009” müsabiqəsində Azərbaycanı təmsil edəcək Aysel Teymurzadə və Araş hazırda Norveçdə səfərdədirlər.


“Eurovision” müsabiqəsinin Azərbaycan üzrə nümayəndə heyətinin rəhbəri Adil Kərimli APA-ya açıqlamasında onların sabah Moskvaya gedəcəklərini deyib. O bildirib ki, Aysel və Araşın Rusiya paytaxtındakı ilk məşq mayın 6-da olacaq. Həmin gün Azərbaycan təmsilçiləri rəqs qrupu ilə birlikdə Moskvanın “Olimpiyskiy” idman-konsert kompleksində çıxış edəcəklər.

Xatırladaq ki, “Eurovision-2009” müsabiqəsinin rəsmi açılış mərasimi mayın 10-da keçiriləcək. Müsabiqədə ümumilikdə 42 ölkə yarışacaq. Aysel və Araş “Eurovision-2009” müsabiqəsinin mayın 14-də keçiriləcək II yarımfinalında çıxış edəcəklər. İlk yarımfinal mayın 12-də, final isə mayın 16-da olacaq.
# 1515

Oxşar yazılar