I Bakı Beynəlxalq Moda Festivalı başlayır
Gənclər və İdman Nazirliyi tərəfindən keçirilən festival qadın geyimləri modası nümayişini əhatə edir. Festival Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının, www.fashion.az saytının və moda agentliyinin iştirakı ilə həyata keçirilir.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, festivalın məqsədi modelyer-dizaynerlərin potensiallarının reallaşdırılması üçün əlverişli şəraitin yaradılması, gənclərin yaradıcılığına diqqətin cəlb olunması və gənclərin asudə vaxtının səmərəli təşkilindən ibarətdir.
Festivalın vəzifələri bu sahədə fəaliyyət göstərən istedadlı gənclərin üzə çıxarılması və dəstəklənməsi, onların gələcək fəaliyyətlərinin stimullaşdırılması, festival iştirakçılarının öz ideya və nailiyyətlərini nümayiş etdirmələrinə şəraitin yaradılması, müxtəlif ölkələrdən olan gənc modelyerlərin qarşılıqlı əməkdaşlığının inkişaf etdirilməsidir.
Festivalda yaşı 18-29 olan gənc xanım modelyer-dizaynerlər iştirak edə bilər. İştirak üçün hər ölkədən 3 nəfərdən ibarət modelyer komandası dəvət olunur. Festivalın qaydalarına görə, Azərbaycanın 2 komanda ilə təmsil olunmaq imkanı var.
Festival iştirakçıları Gənclər və İdman Nazirliyi tərəfindən iştirak haqqında şəhadətnamə və qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar.
Xəyalə

Oxşar yazılar

Mədəniyyət Nazirliyinin Rusiya ilə əməkdaşlığına dair saxta sənəd yayıldı
7 iyul 2025 , 18:29
Şəkidə “Şəhər günü” keçirilib -FOTOLENT
7 iyul 2025 , 10:10
Bəxtiyar Vahabzadənin "Dar ağacı" pyesi əsasında hazırlanan eyniadlı tamaşaya ictimai baxış keçirildi
4 iyul 2025 , 18:06
Məmməd İsmayıl xəstəxanaya yerləşdirildi: Yemək yemir
4 iyul 2025 , 14:56Məşhur Hollivud ulduzu vəfat etdi
3 iyul 2025 , 21:52
Direktorun nakişi hərəkətinə görə ərim başını vurub yardı - Əməkdar artist Zemfira Sadıxova
3 iyul 2025 , 13:03
Türkiyədə yaşayan azərbaycanlı rəssam vəfat etdi
1 iyul 2025 , 17:27