İsrafil İsrafilov: “Primitiv əsərləri mətbuatda dərc edəcəm!”
Aktrisalardan birinə oxuması üçün pyes verdim. Sonra mənə əsərlə bağlı qeydlərini də gətirdi. Əvvəl buna sevindim. Amma sonra bildim ki, həmin pyesi başqasına oxutdurub və onun qeydlərini mənə təqdim edib. Aktyorların çoxu ancaq rol aldıqları pyesləri oxuyublar. O əsərlərdən başqa heç birinə də oxumayıblar”.
Lent.az-ın məlumatına görə, bunu Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilov bu gün keçirdiyi mətbuat konfransında deyib. Çıxışı zamanı teatrın problemlərinə toxunan direktor teatrda düzgün rejissura, dramaturgiya siyasətinin yürüdülmədiyini bildirib: “Ancaq teatrda yeni qanunların həyata keçirilməsi lazımdır. Kimsə ortabab belə olmayan pyesini götürüb gəlir Dram Teatrına ki, onun əsəri ana səhnədə qoyulsun. Mən bir az dözürəm, o müəllifləri inandırmağa çalışıram ki, bu əsər Dram Teatrında qoyula bilməz. Hələ dözürəm. Ancaq görsəm ki, vəziyyət başqa cürdür, o zaman həmin əsərləri mətbuata verəcəyəm. Necə ola bilər ki, sən primitiv düşüncəni camaata sırımaq istəyirsən?! Rejissorluğa gəlincə, hər kəsə tamaşa vermək olmaz. Ali diplomu və ya savadı olanı hər rejissoru Akademik Milli Dram Teatrının səhnəsinə buraxmaq doğru deyil. Çox nüfuzlu adamlar zəif əsələr yazıblar və müxtəlif yollarla onu teatra sırıyıblar. Bunları demək məcburiyyətindəyəm. Yaradıcılıq səviyyəsinin aşağı düşməsinə birinci səbəb zəif dramaturgiya - mövzuca aktual, amma bədii-ədəbi keyfiyyətlərinə görə naqis, zəif əsərlər, ikinci səbəb rejissorluğun dilsizliyi olub. Rejissorun səhnə, üslub dili olmalıdır. Rejissorun müəyyən bir dünyanı, insanları, cəmiyyəti anlayan qiymətləndirən, bilavasitə bədii realizə işində onu müasirləşdirən istedad keyfiyyətləri var ki, bu mənada bizim rejissura əksər hallarda uduzur”.
Teatrda yenidən işə başlayacaq aktyor heyətinə gəlincə, teatr rəhbəri bildirib ki, bütün sadaladıqları aktyor heyətinə də təsir edib: “Ancaq Akademik Milli Dram Teatrı aktyor baxımından əziyyət çəkmir, aktyor peşəkarlığından sarsılmayıb. Ayrı-ayrılıqda hər bir nəslin aktyoru çox istedadlıdır. Ancaq problem ondadır ki, aktyor heyəti kollektiv, ansambl şəklində işləyə bilmir. Bu problemi də həll etməyə çalışacağıq. Nəzərdə tutulan müddətdə teatrda yaradıcı mühit formalaşdırılacaq. Güman edirəm ki, bu problemlər həll olunacaq. Mən buna əminəm, bunu bacaracağıq. Görsəm ki, bacara bilmirəm, çıxıb gedəcəyəm...”
Xəyalə Muradlı

Oxşar yazılar

Toto Kutunyo 35 il əvvəl "Avroviziya" qalibi olanda necə görünürdü? - VİDEO
13 may 2025 , 15:39
Triller sevənlər üçün 5 ən yaxşı film
13 may 2025 , 12:34
Kann film festivalında çılpaq iştirak qadağan edildi
13 may 2025 , 05:44
Həyəcan sevənlər üçün 5 film -VİDEO
12 may 2025 , 18:11
“Qazaxıstan-Azərbaycan Beynəlxalq Forumu – Qərbi Azərbaycana Qayıdış Çağırışları”
12 may 2025 , 16:30
Ağlınızı başınızdan alacaq 5 detetkiv serial -VİDEO
12 may 2025 , 15:07
Körpəsini quyuya atmaq istəyən, əsərlərini yandıran yazıçı – Mirzə Cəlilin evindən REPORTAJ
12 may 2025 , 14:11