Avropa Komissiyasının sədri İçəri Şəhərdə təndir çörəyi yeyib - FOTO
Avropa Komissiyasının sədri Xose Manuel Barrozo İçəri Şəhərdə gəzintidə olub.
Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən Lent.az-a verilən məlumata görə, Avropa Komissiyasının sədrinə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunun yaranması tarixi və yerli idarəetmə sistemi haqqında məlumat verilib.
Xose Manuel Barrozo Qız Qalasının şimal tərəfində 1964-cü ildə aparılan arxeoloji qazıntı işləri zamanı aşkar olunmuş Sıratağlı dini-memarlıq kompleksindəki (“Bazar Meydanı”) bədii daşyonma sənətinin nümunələrinə baxıb. Ona unikal memarlıq quruluşlu, YUNESKO-nun “Dünya İrsi Siyahısı”na daxil olan Qız Qalası abidəsi, XV əsrin sonunda İçəri Şəhərin ticarət magistralının üzərində tikilmiş Buxara karvansarası barəsində ətraflı məlumat verilib. Qonaqlar İçəri Şəhərdə milli mətbəximizin nümunəsi olan təndir çörəyinə qonaq olublar.
Məhəmməd Məscidində qonaqlar burada aparılmış muzey - konservasiya işləri barədə məlumatlandırılıblar. Xose Manuel Barrozo “Kiçik Karvansara” abidəsində yerləşən təsviri və dekorativ-tətbiqi incəsənət mərkəzi – “İncəsənət Bağı”nda sərgilənən rəsm əsərlərinə tamaşa edib. Təqdim olunan xatirə hədiyyələri arasında “İçəri Şəhərin simaları”nın yer aldığı təqvim onun xüsusi marağına səbəb olub.
Sonda qonaq İçəri Şəhərin Fəxri Qonaqlar Kitabında öz ürək sözlərini yazıb və Qədim Şəhərə heyran olduğunu söyləyib.

Oxşar yazılar

Mədəniyyət Nazirliyinin Rusiya ilə əməkdaşlığına dair saxta sənəd yayıldı
7 iyul 2025 , 18:29
Şəkidə “Şəhər günü” keçirilib -FOTOLENT
7 iyul 2025 , 10:10
Bəxtiyar Vahabzadənin "Dar ağacı" pyesi əsasında hazırlanan eyniadlı tamaşaya ictimai baxış keçirildi
4 iyul 2025 , 18:06
Məmməd İsmayıl xəstəxanaya yerləşdirildi: Yemək yemir
4 iyul 2025 , 14:56Məşhur Hollivud ulduzu vəfat etdi
3 iyul 2025 , 21:52
Direktorun nakişi hərəkətinə görə ərim başını vurub yardı - Əməkdar artist Zemfira Sadıxova
3 iyul 2025 , 13:03
Türkiyədə yaşayan azərbaycanlı rəssam vəfat etdi
1 iyul 2025 , 17:27