Xəyyam Mirzəzadə: “Nazirin köməkçisi qarşıma müxtəlif əngəllər çıxardı”
Lent.az-ın məlumatına görə, tədbirdə ilk olaraq xalq şairi Vaqif Səmədoğlu çıxış edərək Xəyyam Mirzəzadə haqqındakı fikirlərini bölüşüb.
O bildirib ki, Xəyyam Mirzəzadənin peşəkarlığı yalnız musiqi ilə bitmir: “Xəyyamın professionallığı musiqi çərçivəsindən uzaqları keçib. Məsələn, ədəbiyyata baxışı elədir ki, istənilən ədəbiyyatçı onun danışdıqlarını müzakirə kimi dinləyə bilər. Bundan başqa Xəyyam Mirzəzadə Bakını, İçərişəhəri çox gözəl tanıyır. Şəxsən mən məmnuniyyətlə Xəyyamı Bakının meri təyin edərdim”.
Vaqif Səmədoğlu Xəyyam Mirzəzadəni özünün musiqi müəllimi hesab etdiyini də bidirib. “Mən musiqi savadımın yarısını müəllimlərimə, yarısını da Xəyyam Mirzəzadəyə borcluyam. O, mənə musiqiyə peşəkar şəkildə qulaq asmağı öyrətdi” - deyə, şair əlavə edib.
Xəyyam Mirzəzadə isə nəşr barədə məlumat verərək bildirib ki, kitab 1950-ci ildən bəri mətbuatda dərc olunan məqalələrindən, müsahibələrindən ibarət bir topludur: “Mən mədəniyyət və turizm naziri ilə görüşümdə yazıların toplandığı diski təqdim etdim. Nazir də köməkçisinə göstəriş verdi ki, bu işlə məşğul olsunlar. Lakin onlar mənim qarşıma müxtəlif əngəllər çıxardılar. Məqalələrimlə bağlı problem yaratdılar. Bəzilərinin çap edilməsinin mümkün olmadığını dedilər. Axırda “Nurlan” nəşriyyatının rəhbəri Nadir müəllimlə əlaqə saxladım. Sağ olsun, o, iki cilddən ibarət bu kitabımı problem yaratmadan nəşr etdirdi”.
Qeyd edək ki, müəllif hüquqları haqqında Qanun tərəfindən qorunan “Xəyyam Mirzəzadə: Fikirlər, düşüncələr, məqalələr” kitabının tərtibçisi Kəmalə Ələsgərli, elmi redaktoru Ülviyyə İmanovadır. Toplu ali məktəblərin müəllim və tələbələri, musiqişünaslıq üzrə mütəxəssislərin və ümumiyyətlə, bəstəkarlıq yaradıcılığı ilə maraqlanan geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
Xəyalə Muradlı

Oxşar yazılar

Toto Kutunyo 35 il əvvəl "Avroviziya" qalibi olanda necə görünürdü? - VİDEO
13 may 2025 , 15:39
Triller sevənlər üçün 5 ən yaxşı film
13 may 2025 , 12:34
Kann film festivalında çılpaq iştirak qadağan edildi
13 may 2025 , 05:44
Həyəcan sevənlər üçün 5 film -VİDEO
12 may 2025 , 18:11
“Qazaxıstan-Azərbaycan Beynəlxalq Forumu – Qərbi Azərbaycana Qayıdış Çağırışları”
12 may 2025 , 16:30
Ağlınızı başınızdan alacaq 5 detetkiv serial -VİDEO
12 may 2025 , 15:07
Körpəsini quyuya atmaq istəyən, əsərlərini yandıran yazıçı – Mirzə Cəlilin evindən REPORTAJ
12 may 2025 , 14:11