Mənsum İbrahimov: “Gənc istedadlara dəstək olmaq lazımdır”
07 dekabr 2010 11:16 (UTC +04:00)

Mənsum İbrahimov: “Gənc istedadlara dəstək olmaq lazımdır”

O marağı və tamaşaçıların istəyini nəzərə alaraq Heydər Əliyev Sarayı eyni layihəni ikinci dəfə təşkil etmək qərarına gəldi. Mən də yenidən layihənin rəhbəri olmaq təklifini böyük məmnuniyyətlə qəbul etdim”. Bunu Lent.az-a dekabrın 28-də Heydər Əliyev Sarayında keçiriləcək “Gəncləşən muğam-2” layihəsi ilə bağlı açıqlamasında Akademik Opera və Balet Teatrının solisti, xalq artisti, “Şöhrət” ordenli Mənsum İbrahimov deyib.

Layihənin bədii rəhbəri olan Mənsum İbrahimov qeyd edib ki, budəfəki konsertdə onun 26 tələbəsi və 12 gənc ifaçı çıxış edəcək. Gənc muğam ifaçıları mahnılarını tarda Altay Niftəliyev, Rəşad İbrahimov, Ədalət Behbudov, Rövşən Qurbanov, Rüstəm Müslümov, Nahid Məmmədov, kamançada Araz Ağaverdiyev, Təbriz Yusifov, Pərviz Fərhadov, Elnur Salehov, Ceyhun Muradovun müşayiəti ilə oxuyacaqlar. Sonda isə Mənsum İbrahimov əməkdar artistlər Elçin Həşimov (tar) və Elnur Əhmədovun (kamança) müşayiəti altında tələbələri ilə birgə çıxış edəcək.

M. İbrahimovun sözlərinə görə, həmin gün çıxış edəcək ifaçılar arasında yeni səslər də var. Bunlar Səxavət Məmmədovun oğlu Şəhriyar və Vahid Abdullayevin oğlu Validdir. Bundan başqa əməkdar artist Təyyar Bayramov, ifaçılardan Elşad Aydınoğlu, Elnur Zeynalov, Qızılgül Babayeva, Şəmsəddin İbrahimov, Sabir Həsənov, Aksana Aslanova, Rizvan Həsənov, Anar Məmmədov, Aida Əliyeva, Malik Həsənov, Vüqar Musayev, Xəyalə Abdullayeva, Ələkbər Əkbərov, Vahid Abdullayev, Mirpaşa Şükürov, Şəhriyar Səxavətoğlu, Tuqay İsmayılov, Xəyal Əliyev, Şaiq İbayev, Aytən Məhərrəmova, Elgiz Əliyev, Arzu Əliyeva, Günay İmamverdiyeva, Fizzə Mirzəyeva, Ramiz Zeynalov da eyni səhnəni bölüşəcəklər: “Bu layihədə əsas məqsədimiz gənc istedadlara dəstək olmaq, böyük səhnədə ilk addımlarını atmaqda, daha da tanınmalarına yardım etməkdir. Belə istedadları tamaşaçılara təqdim etmək, səhnəyə gətirmək lazımdır. Keçən il olduğu kimi, bu il də bu missiyanı “Gəncləşən muğam” layihəsi ilə davam etdiririk”.

Xanəndə onu da vurğulayıb ki, konsertin aparıcısı əməkdar artist Azad Şükürov olacaq. Bütün tədbir AzTV tərəfindən lentə alınacaq. “Bu ifaçıların bir çoxu AzTV-nin keçirdiyi muğam müsabiqəsinin laureatı olub. Ona görə də konserti onlar lentə alacaq. Gənc ifaçılara dəstək olduqlarına görə, AzTV-nin və Heydər Əliyev Sarayının rəhbərliyinə öz təşəkkürümü bildirirəm”, - deyə M. İbrahimov əlavə edib.

Xəyalə Muradlı
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1221

Oxşar yazılar